Bayramova Xədicə Bəhruz qızı - (20 may 2014, Naxçıvan şəhəri) — Azərbaycan karateçisi. Şotokan karate üzrə yarışlarda iştirak edir. Naxçıvan şəhər Qızlar Liseyində təhsil alır. 2022-ci ildən karate ilə məşğul olur və “Qapıcıq” karate-do idman klubunun üzvüdür. Məşqçisi Nəriman Quliyevdir.

İdman Fəaliyyəti

Bayramova 2022-ci ildən karate ilə məşğul olur. O, kumite üzrə müxtəlif yaş və çəki kateqoriyalarında yerli və beynəlxalq yarışlarda iştirak etmişdir.

2024-cü il

• Naxçıvan Muxtar Respublikası üzrə karate yarışlarında və beynəlxalq turnirlərdə çıxış edib.

• 2024-cü ildə Bolqarıstanın Albena şəhərində keçirilən XIV Dünya Şotokan Çempionatında 8–9 yaş kateqoriyasında WKF kumite, şobu-ippon və şobu-nihon növlərinin hər birində qızıl medal qazanmışdır.

• Həmin ilin avqustunda Türkiyənin İstanbul şəhərində keçirilən “Uluslararası Marmara Cup Karate Şampiyonası” yarışında 10 yaşlı qızlar arasında kumite üzrə −30 kq çəki dərəcəsində bürünc medalına layiq görülmüşdür.

• 5 oktyabr 2024-cü ildə Bakıda keçirilən karate turnirində Xədicə Bayramova öz kateqoriyasında qızıl medal qazanaraq Naxçıvan idmançıları sırasına daxil olmuşdur.

2025-ci il

• 2025-ci ilin aprelində Gürcüstanın Tbilisi şəhərində Dünya Şotokan Karate-do Federasiyasının xətti ilə keçirilən açıq karate çempionatında Xədicə Bayramova gümüş medal qazanmışdır.

• Həmin ilin aprelində Bakıda keçirilən “Grand Prix Azerbaijan” beynəlxalq karate turnirində də bürünc medal əldə edib.

• 2025-ci ilin iyulunda keçirilən “Zəfər Kuboku” karate turnirində 10–11 yaş qızlar arasında −36 kq çəki dərəcəsində kumite üzrə qızıl medal qazanmışdır.

• 2025-ci ilin avqustunda Türkiyənin Rizə şəhərində keçirilən “Karadeniz və Hazar Ülkeleri Karate Şampiyonası” yarışında 10–11 yaş, 35 kq çəki dərəcəsində bürünc medal əldə etmiş,2025-ci ilin dekabrında keçirilən Azərbaycan karate üzrə ölkə çempionatı və birinciliyində 10–11 yaş, −35 kq çəki dərəcəsində qızıl medal qazanmışdır.

2026-cı il

• 2026-cı ilin yanvarında keçirilən XI “Arpachay Open” beynəlxalq karate turnirində 10–11 yaş, 38 kq çəki kateqoriyasında bürünc medal qazanmışdır.

• 2026-cı ilin aprelində İstanbulda keçirilən Şotokan karate üzrə dünya səviyyəli turnirdə qızıl medal qazanmışdır.

Klub Fəaliyyəti

Xədicə Bayramova “Qapıcıq” karate-do idman klubunu təmsil edir. Klub 2016-cı ildən fəaliyyət göstərir. Naxçıvan TV-nin 2026-cı ilin mayında yaydığı məlumata əsasən, klubda 11 bölmə fəaliyyət göstərir və 10 məşqçinin rəhbərliyi altında 200-dən çox uşaq, yeniyetmə və gənc karate ilə məşğul olur. Klubun idmançıları ölkə və beynəlxalq səviyyəli yarışlarda, o cümlədən Avropa və dünya çempionatlarında iştirak edirlər.

İstinadlar