Musa Səməd oğlu Həsənov (2 sentyabr 1939, Qaraxanlı, Tovuz rayonu – 16 iyun 2026, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1990), professor (1992). Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin dekanı (1974–1976), Müdafiə Şurasının üzvü və Almaniya Tarix Cəmiyyətinin rəsmi üzvü olmuşdur.Azərbaycan Milli Ensiklopediyası, 2022, Cild 10, səh. 25Rüfət Xınalı. Tovuz Ziyalıları, 2016, səh. 418–419
Həyatı Musa Həsənov 2 sentyabr 1939-cu ildə Tovuz rayonunun Qaraxanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universiteti Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1962-ci ildə ali təhsilini uğurla başa vurmuşdur.
Ali təhsilini tamamladıqdan sonra elmi tədqiqatlara başlamış, 1968-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Elmi fəaliyyətini davam etdirərək 1990-cı ildə "SSRİ — Qərb və Avropa təhlükəsizliyi" mövzusunda doktorluq dissertasiyasını yüksək səviyyədə müdafiə etmiş və tarix elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 1992-ci ildə isə ona professor elmi rütbəsi verilmişdir.
Professor Musa Həsənov 16 iyun 2026-cı ildə Bakı şəhərində vəfat etmişdir.
Elmi və pedaqoji fəaliyyəti Musa Həsənov uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) səmərəli pedaqoji fəaliyyət göstərmiş, gənc tarixçi kadrların yetişdirilməsində böyük xidmətlər vermişdir. O, yüksək təşkilatçılıq qabiliyyətinə görə 1974–1976-cı illərdə ADPU-nun Tarix fakültəsinin dekanı vəzifəsində çalışmışdır.İldırım Şükürzadə. Bizim tələbəlik illəri, 2019, səh. 30
Alim pedaqoji fəaliyyətlə yanaşı, geniş elmi-təşkilati işlərlə də məşğul olmuşdur. O, yüksək ixtisaslı alim kadrların attestasiyasını həyata keçirən rəsmi Müdafiə Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. Beynəlxalq elmi əlaqələrin qurulmasında aktiv iştirak edərək 2000-ci ildə "Avropa təhlükəsizliyi problemləri" kitabına görə Almaniya Tarix Cəmiyyətinin rəsmi üzvü seçilmiş, Azərbaycan tarix elmini beynəlxalq səviyyədə təmsil etmişdir.
Elmi əsərləri və kitabları Professor Musa Həsənov 200-dən çox elmi əsərin, monoqrafiyanın, dərslik və dərs vəsaitinin, həmçinin respublika və xaricdə yayımlanmış çoxsaylı elmi məqalələrin müəllifidir. Onun elmi tədqiqat sahəsinin əsasını Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi, dünya siyasəti və beynəlxalq münasibətlər tarixi təşkil etmişdir.
Kitabları Avropa təhlükəsizliyi problemləri. — Bakı: "Elm", 2000. Tərkisilah bəşəriyyətin idealıdır. — Moskva. Qərb sivilizasiyası nümunə ola bilər. — Ərzurum: Atatürk Universiteti. Almaniya məsələsinin həlli və Avropa təhlükəsizliyi. Avropada 1848–1849-cu il inqilabları. Helsinki Müşavirəsi. Yekun aktın həyata keçirilməsi problemləri. Avropa və Amerika ölkələrinin yeni tarixi. — Bakı: "Şirvannəşr", 2010. — 413 səh. (Həmmüəllif)
Ədəbiyyat Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2022. — Cild 10. — Səhifə 25. Rüfət Xınalı. Tovuz Ziyalıları (Bioqrafik Ensiklopediya). — Bakı: "Nurlar", 2016. — Səhifə 418–419. İldırım Şükürzadə. Bizim tələbəlik illəri. — Bakı: Kitabxana.Net, 2019. — Səhifə 30.
İstinadlar
Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycan professorları Kateqoriya:Tovuz rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Tarix elmləri doktorları