‘’‘Dadaşov Sahib Şükür oğlu’’’ (25 fevral 2000, Bakı, Azərbaycan) — azərbaycanlı sərbəst və çimərlik güləşçisidir.
Həyatı və təhsili Sahib Dadaşov 25 fevral 2000-ci ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Fatmayı kəndində yerləşən Dadaş Bünyadzadə adına tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2017-ci ildə həmin məktəbi bitirib.
2018-ci ilin aprel ayında hərbi xidmətə yollanıb və 2019-cu ilin oktyabr ayında hərbi xidmətini başa vurub.
2021–2026-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb.
İdman fəaliyyəti Dadaşov 2009-cu ildən sərbəst güləşlə məşğul olur. Sonrakı illərdə çimərlik güləşi üzrə də yarışlarda iştirak edib.
İdman nailiyyətləri
‘’‘2022’’’ — Milli güləş üzrə Azərbaycan ölkə çempionu. ‘’‘2023’’’ — Turkish Universiade — 3-cü yer. ‘’‘2025’’’ — Sərbəst güləş üzrə Azərbaycan ölkə birinciliyi — 3-cü yer. ‘’‘2025’’’ — Çimərlik güləşi üzrə Azərbaycan ölkə çempionu. ‘’‘2025’’’ — Beach Wrestling World Series — Misir, İsgəndəriyyə — 3-cü yer. ‘’‘2026’’’ — Sərbəst güləş üzrə Azərbaycan ölkə birinciliyi — 3-cü yer. ‘’‘2026’’’ — Beach Wrestling World Series — Da Nang, Vyetnam — 80 kq, 2-ci yer. ‘’‘2026’’’ — Beach Wrestling World Series — Poreç, Xorvatiya — 80 kq, 2-ci yer. ‘’‘2026’’’ — Beach Wrestling World Series — Baku, Sea Breeze — 80 kq, 2-ci yer. ‘’‘2026’’’ — Beach Wrestling World Series — Katerini, Yunanıstan — 80 kq, 3-cü yer. ‘’‘2026’’’ — Beach Wrestling üzrə dünya çempionatının yekun sıralamasında 80 kq çəki dərəcəsində 3-cü yer.
İstinadlar
Kateqoriya:Azərbaycan idmançıları