Sonya Haraldsen (; ) — Norveç kraliçası.
4 iyul 1937-ci ildə Osloda dünyaya gəldi. Atası geyim taciri Karl Avqust Haraldsen, anası isə Daqni Ulrixsendir. Uşaqlıq illəri Osloda keçdi və 1954-cü ildə ilk təhsilini tamamladı. Ardından peşə liseyində dərzilik üzrə təhsil aldı. İsveçrənin Lozanna şəhərində moda dizaynerliyi üzrə təhsilini davam etdirdi. Ardından Osloya döndü və Oslo Universitetində fransız və ingilis dilləriylə yanaşı, incəsənət tarixi üzrə təhsil aldı.
1959-cu ilin iyununda Norveç kralı V Olafın oğlu vəliəhd-şahzadə Haraldla tanış oldu. Ancaq 9 il davam edən bu eşq macərası gizli tutuldu. Belə ki, saray ənənələrinə görə, vəliəhd şahzadə sadə bir vətəndaşla evlənə bilməzdi. Taxtın başqa varisinin olmaması səbəbilə, parlamentin verdiyi xüsusi icazəylə, 19 mart 1968-ci ildə cütlüyün nişanlandığı elan olundu.
Həmin ilin 29 avqustunda Osloda evlənən cütlüyün bu nigahdan 2 övladı doğuldu.
Marta Luiza (1971-) VIII Haakon (1973-)
Beləcə, Norveç taxt-tacının vəliəhdi ünvanını aldı. Qaynatasının vəfatının ardından 1991-ci ildə əri V Harald adıyla taxta çıxdı. Beləcə, Norveç kraliçası ünvanını qazandı.
2005-ci ildə Antarktidaya səyahət edən ilk Norveç kraliçası oldu.
2025-ci ilin yanvarında qulaqcıqların fibrilyasiyası diaqnozuyla xəstəxanaya yatırıldı. 16 yanvarda elektrokardiostimulyator əməliyyatı keçirdi.
Ərinin 2026-cı ildə vəfatının ardından yeganə oğlu VIII Haakon taxta çıxdı.
Mənbə
İstinadlar Kateqoriya:XX əsr monarxları Kateqoriya:XXI əsr monarxları Kateqoriya:İncəsənət kolleksiyaçıları Kateqoriya:Kraliça-həyat yoldaşları Kateqoriya:Lüteranlar Kateqoriya:Norveç şəxsləri