İbn Ətiyyə əl-Əndəlüsi (; ) — Əndəlüslü təfsirçi və qazı.
Bioqrafiyası 1087-ci, 1088-ci və ya 1090-cı ildə Qranadada anadan oldu. O çoxlu alim və dövlət xadimi yetişdirmiş bir ailə mənsub idi. Belə ki, atası Qalib ibn Əbdürrəhman da Əndəlüsün tanınmış alimlərindən idi.
İbn Ətiyyə Hüseyn ibn Məhəmməd əl-Qəssani, Məhəmməd ibn Əli Qazıl-Cəmaa ət-Təğlibi, Hüseyn ibn Məhəmməd əs-Sədəfi, Qalib ibn Əbdürrəhman, Əbdürrəhman ibn Məhəmməd əl-Əməvi əl-Qurtubi, Süfyan ibn əl-Əsi əl-Əsədi və Əli ibn Əhməd əl-Ənsari ibn əl-Bazişdən təhsil almış, Məriyə (indiki Almeriya) və Lurəqa (indiki Lorka) şəhərlərində qazılıq etmişdir. Onun Qranada şəhərində qazı işlədiyi deyilsə də, Əbdülvəhhab Fəyid (v. 1997) bu iddianı təkzib etmişdir.
İbn Ətiyyə müəllim etmiş və çoxlu tələbə yetişdirmişdir. İbn Xeyr əl-İşbili, İbn Tufeyl, Məhəmməd ibn Cəfər əl-Bələnsi, Abdullah ibn Məhəmməd əl-Həcəri, Əhməd ibn Əbdürrəhman əl-Qurtubi, Əhməd ibn Həsən əl-Qudai, Məhəmməd ibn Əhməd əl-Mürsi və Əli ibn Əhməd əş-Şakuri onun yetirmələrindən bəziləridir.
İbn Ətiyyə həm də bir çox döyüşdə, o cümlədən Tələbirə (Talavera) döyüşü və Sərəqustənin (Saraqosa) müdafiəsində iştirak etmişdir.
İbn Ətiyyə 1147-ci ildə Lurəqa (indiki Lorka) şəhərində vəfat etmişdir.
İbn Ətiyyə əl-Əndəlüsi "əl-Muhərrərül-Vəciz", "Müqəddimə" və "Fihrisu İbn Ətiyyə" adlı əsərlərin müəllifidir.
İstinadlar
Kateqoriya:Hədis alimləri