Traktat (yun. traktus — mühakimə) — antik dövrdən başlayaraq müəyyən mövzuda yazılan elmi əsərlər. Ənənəvi olaraq ədəbiyyat nəzəriyyəsi və fəlsəfəyə aid əsərlər də belə adlandırılmışdır.
Eyni sözdən yaranmış "traktovka" termini də rus dili vasitəsilə Azərbaycan dilinə keçmişdir. Bu termin ədəbi əsəri yozmaq, mənalandırmaq, şərh etmək mənasında işlənir. Orta əsrlərdə traktatları nəzmlə yazmaq ənənəsi var idi, bunlar poetik traktatlar adlanırdı. Sayılırdı ki, şeir dili ağılın daha yüksək və zərif ifadə formasıdır.Rəhim Əliyev. Ədəbiyyat nəzəriyyəsi. – Bakı: Mütərcim, 2008. – 360 səh.
Mənbə
Xarici keçidlər Modern History Sourcebook: Tracts for the Times 1833–1841: Listing
Kateqoriya:Ədəbiyyat nəzəriyyəsi Kateqoriya:Janrlar Kateqoriya:Memarlıq tarixi