Mellstroy (əsl adı: Andréy Aleksándroviç Burím, ; ) — belaruslu trash-strimer, videobloqer və internet şəxsiyyəti. Əsasən, Twitch və Kick platformalarındakı qalmaqallı canlı yayımları (strimləri) və böyük məbləğli iddiaları/fəaliyyətləri ilə tanınır. Andrey Burim 15 dekabr 1998-ci ildə Belarusiyanın Qomel şəhərində anadan olmuşdur. Kollecdə təhsil almağa başlasa da, sonradan təhsilini yarımçıq qoyaraq internet fəaliyyətinə yönəlmişdir. İlk olaraq "Minecraft" və "CS:GO" oyunlarının videoları ilə YouTube-da fəaliyyətə başlayan Burim, daha sonra "chatroulette" (çat-ruletka) formatlı yayımlara keçmişdir.
Daha sonra kazino yayımları və müxtəlif qalmaqallı strimlər vasitəsilə böyük auditoriya toplamışdır. O, izləyicilərinə və başqa bloqerlərə verdiyi böyük pul mükafatlı tapşırıqlar (çelenc-lər) və viral kampaniyalar ilə sosial şəbəkələrdə (TikTok, Instagram) geniş populyarlıq qazanmışdır
Həyatı Andrey Aleksandroviç Burim [a] (15 dekabr 1998-ci il təvəllüdlü), adətən onlayn Mellstroy təxəllüsü ilə tanınan, Twitch və Kick platformalarında canlı yayımlarla müşayiət olunan təxribatçı və ekssentrik şəxsiyyəti ilə tanınan Belaruslu strimer və bloqçudur. O, 2020-ci ildə yayımlarından birində bir qızı döydüyü üçün geniş şöhrət qazanıb.
İstinadlar
Kateqoriya:Rusiya cinayətkarları