Pomeraniyalı Erik (; ) — Pomeraniya hersoqu VII Vratislavın oğlu, Kalmar birliyinin kralı.

1381-ci ildə dünyaya gəldi. Əsl adı Boqislavdır. Atası Pomeraniya hersoqu VII Vratislav, anası isə Danimarka kralı IV Valdemarın nəvəsi Meklenburqlu Mariyadır. Anasının xalası olan Danimarka-Norveç-İsveç kraliçası I Marqarita varissiz idi və bu səbəblə anası Mariya onun varisi olmuşdu. Üstəlik, I Marqarita onu 1389-cu ildə övladlığa aldı və adını Erik olaraq dəyişdirdi. 1392-ci ildə onu Norveç kralı elan etdi və ortaq monarx kimi ölümünədək hakimiyyəti əlində saxladı. 20 iyul 1397-ci ildə Kalmar andlaşmasını imzaladı və Kalmar İttifaqını qurdu. Varisi olan oğulluğu Eriki isə bu ittifaqın ilk hökmdarı kimi İsveç və Danimarka kralı elan etdi.

26 oktyabr 1406-cı ildə İngiltərə kralı IV Henrinin qızı Filippa ilə evləndi. Cütlüyün bu nigahdan övladı olmadı. Xanımının 1430-cu ildə vəfatından sonra onun nədimələrindən Sesilya adlı biriylə eşq yaşamağa başladı və onunla gizlicə evləndi. bu isə monarxial bir evlilik deyildi. I Marqaritanın 1412-ci ildə vəfatından sonra təkbaşına hakimiyyəti ələ aldı. 1423-cü ildə Qüdsə getdi və 2 illik həcc ziyarətinə yollandı.

1439-cu ildə yerli zadəganlar tərəfindən Danimarka və İsveç taxtından endirildi. Taxt-taca isə bacısı oğlu Kristofer sahibləndi. 1442-ci ildə isə Norveç taxt-tacından endirildi.

Qalan illərini Qotland adasında yaşayan Erik 1449-cu ildə ata mülkü olan Pomeraniya hersoqu ünvanı aldı. 1459-cu ildə vəfat etdi.

Mənbə

Ədəbiyyat Albrectsen, Esben (1997) Fællesskabet bliver til : 1380–1536 (Oslo : Universitetsforl.) Christensen, Aksel E. (1908) Kalmarunionen og nordisk politik 1319–1439 (Oslo: Gyldendal) Haug, Eldbjørg (2000), Margrete – den siste dronning i Sverreætten (Oslo: Cappelen) Haug, Eldbjørg (2006) Provincia Nidrosiensis i dronning Margretes unions- og maktpolitikk (Trondheim : Institutt for historie og klassiske fag) Larsson, Lars-Olof (2003) Kalmarunionens tid (Stockholm: Prisma) İstinadlar Kateqoriya:Danimarka monarxları Kateqoriya:XV əsr Avropa hökmdarları Kateqoriya:XV əsr şəxsləri Kateqoriya:İsveç kralları Kateqoriya:Kalmar İttifaqı Kateqoriya:Norveç kralları Kateqoriya:Roma-Katolik monarxları Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar Kateqoriya:Devrilmiş monarxlar Kateqoriya:Poçt markalarında şəxslər