Prussiyalı Frederika Sofiya Vilhelmina (; ) — Prussiya kralı I Fridrix Vilhelmin qızı, Brandenburq-Bayroyt markqrafinyası, bəstəkar.
3 iyul 1709-cu ildə Berlində dünyaya gəldi. Atası Prussiya kralı I Fridrixin oğlu vəliəhd-şahzadə Fridrix Vilhelm, anası isə Britaniya kralı I Georqun qızı Sofiya Doroteyadır. Gələcəkdə yazacağı xatiratlarında, uşaq illərində mürəbbiyəsi tərəfindən döyüldüyünü və sərt rəftar gördüyünü yazdı.
Ailənin yaşça ən böyük qızı olduğu üçün uşaqlıq illərindən bəri siyasi evliliklərin mərkəzində yer aldı. Atası onu Habsburq ailəsindən biriylə evləndirmək istəsə də, anası qardaşı oğlu olan Uels şahzadəsi Frederiklə qızını evləndirmək niyyətində idi. Ancaq bu müzakirələr nəticəsiz qaldı. Nəhayət, 20 noyabr 1731-ci ildə Berlində Brandenburq-Bayroyt markqrafı Georq Frederik Karlın oğlu vəliəhd-şahzadə Frederiklə evləndirildi. Əslində isə vəliəhd, kralın kiçik qızı Sofiya ilə nişanlı idi və kralın əmriylə son anda qızlar dəyişdirildi. Cütlüyün bu nigahdan 1 övladı doğuldu.
Yelizaveta Frederika Sofiya (1732-1780)
Ərinin 1735-ci ildə taxta çıxmasının ardından markqrafinya ünvanını aldı. Ancaq ərinin nigahdan kənar eşq macəraları səbəbilə cütlüyün münasibətləri pis idi. Bu səbəblə, dövlət idarəsinə və şəhərin abadlaşdırılmasına yönəldi. Bayroyt şəhərinin bugünkü görüntüsünün böyük bir qismi məhz bu dövrdən qalmışdır. Erlangen-Nürnberq Universiteti də məhz bu dövrdə təsis edildi.
1758-ci ildə Bayroytda vəfat etdi.
Mənbə
Ədəbiyyat
Thea Leitner: Skandal bei Hof. Frauenschicksale an europäischen Königshöfen, Piper, München 2003, ISBN 3-492-22009-6 Uwe A. Oster: Wilhelmine von Bayreuth. Das Leben der Schwester Friedrichs des Großen, Piper, München, 2005, ISBN 3-492-04524-3
İstinadlar Kateqoriya:Almaniya barokko bəstəkarları Kateqoriya:Almaniya klassik bəstəkarları Kateqoriya:Almaniyanın qeyri-bədii əsər yazan yazıçıları Kateqoriya:XVIII əsr şəxsləri Kateqoriya:Avtobioqrafiyalar Kateqoriya:Məktublar Kateqoriya:Opera bəstəkarları