Aleksandr Vilyam Georq Duff (; ) — şotland əsilli zadəgan, I Fayf hersoqu.
10 noyabr 1849-cu ildə Edinburqda dünyaya gəldi. Atası şotland əsilli torpaq mülkədarı və Fayf qrafı Ceyms Duff, anası isə Britaniya kralı IV Vilhelmin məşuqəsindən doğulan nəvəsi Leydi Aqnessa Haydır. Hələ 8 yaşında ikən atası Fayf qrafı ünvanı aldı və ailənin yeganə oğlu kimi Aleksandr Duff atasının varisi oldu. 1863-1866-cı illərdə İton kollecində təhsil aldı.
1872-ci ildə Şotlandiya ordusunda lord-leytenant rütbəsi aldı. 1874-1879-cu illərdə liberal partiyanın millət vəkili kimi fəaliyyət göstərdi. Atasının vəfatının ardından 1879-cu ildə Fayf qrafı ünvanını aldı. Beləcə, lordlar palatasında yer haqqı qazandı.
1885-ci ildə Kraliça Viktoriyanın qızı şahzadə Beatrisanın toy mərasiminə qatıldı və bu mərasimdə ikən kraliçanın nəvəsi şahzadə Luiza ilə tanış oldu. Üstəlik o, vəliəhd-şahzadə Albert Eduardın qızı idi. 1889-cu ilin iyununda cütlüyün nişanı elan olundu. Şahzadənin anası Danimarkalı Aleksandranın etirazlarına baxmayaraq 27 iyul 1889-cu ildə cütlük Bukingem sarayında evləndi. Mərasimdən 2 gün sonra bəy namizədi hersoqluğa yüksəldi. Cütlüyün bu nigahdan 3 övladı doğulsa da, bunlardan ikisi yetkinlik yaşına çatdı.
Alaster Duff (16 iyun 1890), doğuşdan bir neçə saat sonra vəfat etdi. Aleksandra Viktoriya (1891-1959) Maud Aleksandra (1893-1945)
12 dekabr 1911-ci ildə qaynı V Corcun tacqoyma mərasiminə qatıldı. Mərasimin ardından ailəsiylə birlikdə Misirə rəsmi səfərə göndərildi. Ancaq Mərakeş sahillərində gəmi qəzaya uğradı. İtki olmasa da, Aleksandr Duff plevritə tutuldu. 29 yanvar 1912-ci ildə Əsvan regionunda vəfat etdi. Oğul övladı olmaması səbəbilə, Fayf hersoqu ünvanı böyük qızı Aleksandraya miras qaldı.
Cənazəsi qurğuşun bir tabutla Britaniyaya dəniz yolu vasitəsilə gətirildi. 6 avqust 1912-ci ilədək Vindzor qalasındakı Müqəddəs Corc kafedralının altındakı monarxial məzarlıqda qaldı. Daha sonra isə Şotandiyaya aparılaraq Aberdinşir məzarlığına dəfn olundu.
Mənbə
İstinadlar Kateqoriya:Britaniya diplomatları Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:XIX əsr şəxsləri Kateqoriya:Şotlandiya şəxsləri Kateqoriya:Vindzorlar