Alen Şkribek (; 11 aprel 2001) — Macarıstan futbolçusu, Azərbaycanın "Neftçi" klubunun yarımmüdafiəçisi. 2023/24 mövsümündə "Pakş" klubu ilə Macarıstan Kubokunun qalibi olub. Macarıstanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında çıxış edib.
Klub karyerası
Macarıstan Şkribek futbola Budapeştdə "FC Budapest" klubunda başlayıb, 2014–2017-ci illərdə "Ferentsvaroş"un, 2017-ci ildən isə "Puşkaş Akademiya"nın gənclər komandalarında oynayıb. "Puşkaş Akademiya"nın əsas heyətində Macarıstan çempionatında debüt edən futbolçu karyerasının ilk illərində icarə əsasında "Çakvar" (2019), "Budafok" (2020–2021) və "Zalaegerseq" (2021–2022) klublarında çıxış edib. "Budafok"un heyətində 2020/21 mövsümündə bütün turnirlərdə 34 oyunda 9 qol vurub.
2023-cü ilin yanvarında Şkribek "Pakş" klubuna keçib. 2023/24 mövsümündə komanda ilə Macarıstan Kubokunu qazanıb; "Pakş" 2024-cü il mayın 15-də Budapeştdəki "Puşkaş Arena"da keçirilən finalda "Ferentsvaroş"u əlavə vaxtda 2:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə kubok qazanıb. 2025-ci ilin birinci yarısında icarə əsasında "Diyoşdyör"də, 2025/26 mövsümündə isə yenidən "Zalaegerseq"də oynayıb; 2026-cı ilin fevralında "Zalaegerseq" onu birdəfəlik heyətə qatıb. 2025/26 mövsümündə "Zalaegerseq"in heyətində bütün turnirlərdə 37 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.
Neftçi 2026-cı il avqustun 11-də Şkribek "Neftçi" ilə "2+1" sxemi üzrə müqavilə imzalayıb. Klubun məlumatına görə, o, yarımmüdafiənin mərkəzində, "10 nömrə" mövqeyində və hər iki cinahda oynaya bilir. Keçiddən əvvəl 2026/27 mövsümünün Macarıstan çempionatının ilk üç turunda "Zalaegerseq"in heyətində üç məhsuldar ötürmə edib.
Beynəlxalq karyerası Şkribek Macarıstanın müxtəlif yaş qruplarından ibarət gənclər komandalarında çıxış edib; 2021–2022-ci illərdə 21 yaşadək futbolçulardan ibarət milli komandada 11 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
Uğurları Pakş Macarıstan Kubokunun qalibi: 2023/24
İstinadlar
Xarici keçidlər Alen Şkribek — "Neftçi" PFK-nın rəsmi saytında
Kateqoriya:2001-ci ildə doğulanlar Kateqoriya:Macarıstan futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Ferentsvaroş FK futbolçuları Kateqoriya:Macarıstan futbol çempionatının futbolçuları Kateqoriya:Macarıstanın kişi futbolçuları