III "Qızıl Pəri" mükafatı — "Qızıl Pəri" kino və televiziya peşə mükafatının üçüncü təqdimetmə mərasimi. 2025-ci il dekabrın 28-də Bakıda, Xəzər Universitetinin Fikrət Əmirov adına konfrans-konsert mərkəzində keçirilib. "Ən yaxşı bədii film" mükafatını Vaqif Mustafayevin "Həyat, deyəsən, gözəldir" filmi qazanıb; film altı mükafatla mərasimin ən çox mükafat qazanan əsəri olub.

Təşkili Mükafat bu dəfə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının, Azərbaycan Aktyorlar Gildiyasının və Azərbaycan Prodüserlər Gildiyasının dəstəyi ilə Azərbaycan Kino Akademiyası tərəfindən keçirilib. Seçim Komissiyası 2025-ci il oktyabrın 13–30-da müsabiqəyə təqdim olunmuş 420 ərizəyə baxaraq nominasiyaları və namizədləri müəyyənləşdirib; namizədlərin siyahısı 2025-ci il noyabrın 5-də elan olunub.

Namizədlər "Ən yaxşı bədii film" nominasiyasında aşağıdakı filmlər namizəd olub (qalib qalın şriftlə göstərilib): "Həyat, deyəsən, gözəldir" — rej. Vaqif Mustafayev "Mərmər soyuğu" — rej. Asif Rüstəmov "Məryəm" — rej. Elçin Musaoğlu "Səpələnmiş ölümlər arasında" — rej. Hilal Baydarov "Tağıyev: Neft" — rej. Zaur Qasımlı

"Ən yaxşı debüt filmi" nominasiyasında "Əlvida, Şmidt!" (rej. Əli-Səttar Quliyev), "Hasar" (rej. Qulu Əsgərov), "Qütb ulduzu" (rej. Şirin Əhmədov) və "Soyuq günəş" (rej. Elşən Zeynallı) filmləri namizəd olub.

Qaliblər 30 nominasiya üzrə mükafatlardan ikisi — milli televiziyanın və milli kinonun inkişafına verilən töhfələrə görə mükafatlar — Kinorejissorlar Gildiyasının İdarə Heyətinin qərarı ilə verilib. Bundan əlavə, Təşkilat Komitəsinin beş xüsusi diplomu təqdim olunub. Nominasiya Qalib Əsər Studiya / kanal Ən yaxşı bədii film Vaqif Mustafayev "Həyat, deyəsən, gözəldir" Azərbaycanfilm Ən yaxşı rejissor işi Asif Rüstəmov "Mərmər soyuğu" Ən yaxşı prodüser Orman Əliyev "Tağıyev: Neft" Ən yaxşı orijinal ssenari Hilal Baydarov "Səpələnmiş ölümlər arasında" Ən yaxşı təsvir rejissoru Orxan Abbasov "Həyat, deyəsən, gözəldir", "Məryəm" Ən yaxşı rəssam işi Səbuhi Atababayev "Tağıyev: Neft" Ən yaxşı orijinal musiqi Azər Hacıəsgərli "Məryəm" Ən yaxşı aktyor Hikmət Rəhimov "Həyat, deyəsən, gözəldir" Ən yaxşı aktrisa Şəlalə Şahvələdqızı "Əqrəb mövsümü" Ən yaxşı televiziya serialı Emil Quliyev "Əqrəb mövsümü" İTV Ən yaxşı debüt filmi Əli-Səttar Quliyev "Əlvida, Şmidt" Ən yaxşı qısametrajlı bədii film Ağamehdi Ağayev "Qız qalası" Ən yaxşı sənədli film Nizami Abbas "Silahdaşlar" Ən yaxşı qısametrajlı sənədli film Cavidan Şərifov "Şuşa, sən azadsan!" Ən yaxşı rejissor işi (sənədli filmdə) Fariz Əhmədov "Sonuncu" Ən yaxşı animasiya filmi Məsud Pənahi "Narqız" Ən yaxşı televiziya filmi (bədii) Ramiz Həsənoğlu "Sonuncu" AzTV Ən yaxşı televiziya filmi (sənədli) Pərviz Həsənov "Fəsillər" AzTV Ən yaxşı qısametrajlı televiziya filmi (sənədli) Məzahir Həşimov "Azıx mağarası" CBC Ən yaxşı televiziya filmləri rejissoru Rövşən İsax "Yuxu kimi" ATV Ən yaxşı montaj Əsgər Rəhimov "Həyat, deyəsən, gözəldir" Ən yaxşı geyim rəssamı Vüsal Rəhimov "Tağıyev: Neft" Ən yaxşı qrim rəssamı Adilə Fərruxova "Həyat, deyəsən, gözəldir" Ən yaxşı səs rejissoru Tariyel Həsənzadə "Həyat, deyəsən, gözəldir" Ən yaxşı film-portret Yavər Rzayev "Millət naminə. Ə.K.bəy Mehmandarov" "Kino haqqında kino" İman Məcidov "Ocaqov dünyası" Baku TV Uşaqlar üçün ən yaxşı kinematoqrafik əsər Rüfət Şahbazov "Mən, Lalə, bir də Şerlok Holms" Ən yaxşı tələbə işi (bədii) Şirin Əhmədov "100 addım" ADMİU Ən yaxşı tələbə işi (sənədli) Ataxan Əliyev "Rənglərin kölgəsi" ADMİU Ən yaxşı sosial reklam çarxı Xanlar Ağayev "Vətənə məhəbbət" ATV Milli televiziyanın inkişafına töhfəyə görə Qulu Məhərrəmli — Milli kinonun inkişafına töhfəyə görə Anar Rzayev — Təşkilat Komitəsinin xüsusi diplomu — multikulturalizm və milli-mənəvi dəyərlərin uğurlu ekran həllinə görə Elşən Zeynallı "Soyuq günəş" Təşkilat Komitəsinin xüsusi diplomu — uğurlu yaradıcılıq axtarışlarına görə Babək Abbaszadə "Nəsir müəllimli illər" Təşkilat Komitəsinin xüsusi diplomu — uğurlu yaradıcılıq axtarışlarına görə Türkan Hüseyn "Sonuncu foto" Təşkilat Komitəsinin xüsusi diplomu — uğurlu yaradıcılıq axtarışlarına görə Sultan Abbasbəyli "Balaş" Təşkilat Komitəsinin xüsusi diplomu — uğurlu yaradıcılıq axtarışlarına görə Səbinə Haqverdiyeva "Lampa", "Salam torpaq" İTV

Həmçinin bax Qızıl Pəri (mükafat) Azərbaycan Professional Kinorejissorlar Gildiyası

İstinadlar

Kateqoriya:Qızıl Pəri (mükafat) Kateqoriya:2025-ci ildəki hadisələr