Ruben Qonsales (; ) — Kuba pianoçusu. Qonsales Kubanın son musiqi üslubunun əsas nümayəndələrindən biri hesab edilmişdir. Lili Martines və Peruçin-starişlə yanaşı, Ruben Qonsales müasir Kuba fortepiano məktəbini faktiki olaraq yaratmış üç musiqiçidən biri kimi ehtiram görmüşdür.

Ruben Qonsales Syenfueqos konservatoriyasında təhsil almış və tibb öyrənməyə başlamışdır. 1941-ci ildə maliyyə problemləri səbəbindən təhsilini yarımçıq qoymağa və klassik üslubda deyil, ənənəvi Kuba musiqisində pianoçu kimi fəaliyyətə qayıtmağa məcbur olmuşdur. 1943-cü ildə Arsenio Rodrigesin konxuntosunun musiqiçisi olaraq ilk qrammofon valının yazılışında iştirak etmişdir. Çox keçmədən ona olan şöhrət Kubanın hüdudlarından kənara, bütün Latın Amerikasına yayılmışdır.

1980-ci illərdə Ruben Qonsales yaradıcılıq karyerasını praktiki olaraq başa vurduqdan sonra, 1997-ci ildə Ray Kuderin prodüserliyi ilə hazırlanmış albom və Vim Vendersin 1999-cu ildə ekrana çıxmış sənədli filmi sayəsində onun karyerası yeni mərhələyə qədəm qoymuşdur. Ruben Qonsales ABŞ və Avropada tanınmağa başlamışdır. Ray Kuder, Kompay Sequndo, İbrahim Ferrer, Eliades Oçoa və Omara Portuondo ilə birlikdə Qonsales dünyanın müxtəlif yerlərində bir neçə konsertdə çıxış etmişdir. Onun son çıxışları 2002-ci ildə Meksika və Kubada baş tutmuşdur. Bundan sonra onu narahat edən artroz, ağciyər və böyrək xəstəlikləri karyerasını qəti olaraq başa vurmağa məcbur etmişdir. Uzun sürən xəstəlikdən sonra Ruben Qonsales 8 dekabr 2003-cü il tarixində Havanda ağır artrozun fəsadlarından vəfat etmişdir.

Diskoqrafiya

Studiya albomları

1955—1956 Orquesta América del 55 1975 Aufnahmen mit dem Orchester von Enrique Jorrín 1975 Indestructible (mit der Rhythmusgruppe des Orquesta Enrique Jorrín) 1978 Estrellas de Areito 1996 Introducing…Rubén González 1997 A toda Cuba le gusta — the Afro-Cuban All Stars 1997 Buena Vista Social Club 1999 Indestructible 2000 Sentimiento 2000 Rubén González and Friends 2002 Chanchullo 2002 Dos Grandes con la orq. Jorrín (Rubén & Raúl Planas González)

İstinadlar

Kateqoriya:XX əsr pianoçuları Kateqoriya:XXI əsr pianoçuları