Mikayıl Məhəmməd oğlu Xalilov (; ) — Rusiya imperiyası hərbi xadimi, general-mayor (1917). 1918-ci ilin martından 1920-ci ilin martınadək — Dağıstanın hərbi hakimi.

Həyatı Mikayıl Xəlilov Xuri kəndində anadan olub, milliyyətcə lakdır. Dinə görə müsəlmandır. Ümumi təhsilini 1886-cı ildə bitirdiyi Stavropol gimnaziyasında almışdır. Hərbi xidmətə 10 avqust 1886-cı ildə başlamışdır. 1889-cu ildə Tiflis piyada yunker məktəbini bitirmişdir.М. Д. Гогитидзе. Военная элита Кавказа. Генералы и адмиралы народов Северного Кавказа. Изд-во «Меридиани». — Тбилиси, 2011, С. 92.

Ailəsi Atası Məhəmməd Qaratın sahəsinin rəisi (naibi) olmuş və 1877-ci ildə çarizmə qarşı üsqan qaldırmış dağlılar tərəfindən öldürülmüşdür. M.Xalilovun doğma qardaşı — Maqdiməhəmməd Məhəmməd oğlu Xalilov Dağıstan atlı alqunun ştabs-rotmisi olmuş,Абдуллатипов А. М. История села Хури. Мх.: ГУП «Типография ДНЦ РАН», 2011, с. 57. 1918-ci ilin mayında Port-Petrovsk (Mahaçqala) şəhərinin ələ keçirilməsi zamanı həlak olmuşdur. General Əris xan Əliyevin qızı Həbirə ilə evli olmuşdur, iki oğlu və üç qızı var idi.

Fəaliyyəti 250px|thumb|left|Mikayıl Xəlilovun Feriköy qəbiristanlığında məzarı 280px|thumb|right|Sağdan sola: Uzun-Hacı Saltinski, Nəcməddin Qotsinski, Siracəddin Hacı, Mikayıl Xəlilov, Daniyal Apaşev. Mikayıl Xəlilov 1889-cu ildən Dağıstan atlı alayında xidmətə başlamışdır. 4 iyul 1889-cu ildən podporuçik, 4 iyul 1893-cü ildən poruçik, 1 iyun 1899-cu ildən ştabs-kapitan, 4 iyun 1901-ci ildən rotmistr olmuşdur.

O, Rus-yapon müharibəsinin iştirakçısıdır. Döyüş xidmətlərinə görə 3-cü dərəcəli qılınclı və bantikli Müqəddəs Anna (1904), qılınclı 2-ci dərəcəli Müqəddəs Stanislav (1905), qılınclı 2-ci dərəcəli Müqəddəs Anna (1905), qılınclı və bantikli 4-cü dərəcəli (2-ci dərəcəli) Müqəddəs Vladimir (1906) ordenləri ilə təltif edilmişdir. 6 aprel 1906-cı ildə "döyüş fərqlənməsinə görə" podpolkovnik rütbəsinə layiq görülmüşdür. 1909-cu ilin avqustundan 1915-ci ilin mayınadək Hərbi-xalq idarəsində xidmət etmişdir.Адрес-Календарь. Общая роспись начальствующих и прочих должностных лиц. По всем управлениям в Российской Империи на 1914 год. Часть II. Власти и места управлений: губернского, областного, окружного городского, уездного и ведомства их. — , 1914, с. 518 31 avqust 1909-cu ildən 21 noyabr 1913-cü ilə qədər Qaytaq-Tabasaran dairəsinin rəisi olmuşdur.:ru:Список полковникам по старшинству. Часть I, II и III. Составлен по 1-е марта 1911 г. — , 1911. — С. 1323 6 dekabr 1910-cu ildə polkovnik rütbəsinə layiq görülmüşdür.Список подполковникам по старшинству. Часть I, II и III. Составлен по 1-е марта 1909. — СПб., 1909. — С. 1294 21 noyabr 1913-cü ildən 12 may 1915-ci ilə qədər Temirxan-Şura dairəsinin rəisi olmuşdur.Адрес-Календарь. Общая роспись начальствующих и прочих должностных лиц. По всем управлениям в Российской Империи на 1915 год. Часть II. Власти и места управлений: губернского, областного, окружного городского, уездного и ведомства их. — Пг., 1915, с. 525 6 dekabr 1914-cü ildə 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə təltif edilmişdir. Temirxan-Şura dairəsi hərbi mükəlləfiyyət iştirakının sədri olmuşdur.

Mikayıl Xəlilov Birinci Dünya müharibəsinin iştirakçısıdır. 12 may 1915-ci il tarixli Ali əmrlə 40-cı piyada diviziyasının 159-cu piyada Quriyya alayına keçirilmişdir.ВП по военному ведомству // Разведчик № 1260, 06.12.1914 1915-ci ilin avqustundan oktyabrınadək türk hərbi əsirləri üçün rus düşərgəsinin komendantı olmuşdur. 1917-ci ildə general-mayor rütbəsini almışdır.:ru:Кавказский календарь на 1915 год. — Тифлис, 1914, С. 149.

Mikayıl Xəlilov Brusilov hücumunun iştirakçısıdır.

1918-ci ildə Dağlı hökumətinin hərbi naziri Nuhbəy Tarkovskinin köməkçisi olmuş, dağlı hissələrinin formalaşmasında iştirak etmişdir.

1919-cu ilin mayında Dağlı hökumətinin buraxılması nəticəsində Xalilov onun yeni müvəqqəti rəhbəri oldu. Onun ilk qərarlarından biri U.Buynakskinin başçılıq etdiyi həbs olunmuş bolşeviklərin Şuradan Petrovskə köçürülməsi oldu.М. К. Дибиров. История Дагестана в годы революции и гражданской войны. Махачкала, 1997 г. С. 88. O, açıq şəkildə vurğulayırdı ki, əks halda onları azadlıqda qalan bolşeviklər azad edə bilərlər.Лобанов В. Б., Михайлов В. В. Падение Горского правительства в 1919 году. // :ru:Военно-исторический журнал. — 2018. — № 1. — С.49—52.

Dağıstanı Rusiyanın Cənubu Silahlı Qüvvələrinə təslim etdi, Dağlı Respublikasının hökumətini və parlamentini buraxdı. RСCSQ (ВСЮР) komandanlığı tərəfindən muxtar Dağıstanın hakimi təyin olundu (25.05.–27.08.1919). 1920-ci ildə Mustafa Kamal Atatürk ilə danışıqlar aparmaq üçün Batuma göndərildi. Gürcüstanda onu Anton Denikinin satrapı kimi həbs etdilər, azad edildikdən sonra isə o, Türkiyəyə yola düşdü və orada həmin ölkənin vətəndaşlığını qəbul etdi. Bundan sonra İstanbulda Şimali Qafqaz dağlı xalqlarının azad edilməsi Milli Komitəsinin üzvü oldu.

Mikayıl Xəlilov 1935-ci ildə İstanbulda vəfat edib. O, Feriköy qəbiristanlığında dəfn olunub.

Müasirlərinin qiymətləndirmələri 300px|thumb|right|Şimali Qafqaz Dağlıları İttifaqının II qurultayı. Sentyabr 1917-ci il. Vladiqafqaz. Birinci cərgədə, soldan ikinci dayanan Xalilovdur. Onunla birlikdə Sovet hakimiyyətinə qarşı mübarizə aparan podpolkovnik B.M.Kuznetsov yazırdı:"Nə vaxtsa general olmuş Xalilov istedadsız, lovğa idi, türkyönümlü hesab olunurdu, lakin əgər inqilab olmasaydı, o, Bakı yaxınlığındakı Nargin adasında türk hərbi əsirlərinə qarşı qəddar rəftara görə – komendantı olduğu düşərgədəki əməllərinə görə hərbi məhkəmə qarşısına çıxarılardı".Газета «Елдаш», 25 августа, 2006 г.

Polkovnik Cəfərov: "1918-ci ildə Nəcməddin Qotsinskinin Temirxan-Şuradakı olduğu dövrdə biz Kuvarşalovun evində nahar edirdik. N.Qosinski başqa otaqda nahar edirdi. Birdən qapı açıldı və Nəcməddin dəstəmaz qabı (qumğan) ilə bayıra çıxdı. General Xalilov şövqlə və ehtiramla baş əyərək onun əlindən qumğanı götürdü və ayaqyoluna qədər qabaqda apardı... Bu məni o qədər qəzəbləndirdi ki, burada mənim edəcək bir şeyimin olmadığını bəyan edərək dərhal ayağa qalxdım və yığıncaqdan uzaqlaşdım".Полковник Магомед Джафаров. Сборник материалов. Махачкала, 2005 г. С. 83.

Mükafatları 250px|thumb|Xəlil Musayevin müəllifi olduğu portret: "Mikayıl-Məhəmməd Paşa. Şimali Qafqaz Respublikasının II prezidenti" 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni Qılınclı və bantikli 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni (1904) Qılınclı 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni (1905) Qılınclı 2-ci dərəcəli Müqəddəs Anna ordeni (1905) Qılınclı və bantikli 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (1905) 3-cü dərəcəli Müqəddəs Vladimir ordeni (1914)

İstinadlar

Ədəbiyyat Абдуллатипов А. М. История села Хури. Мх.: ГУП «Типография ДНЦ РАН», 2011

Xarici keçidlər Деникинская автономия Дагестана и военный правитель Халилов. Часть первая