Təzə Feyzulla qızı Ağayeva () — tanınmış sovet pambıqçısı və Sosialist Əməyi Qəhrəmanı.

Həyatı 10 aprel 1927-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. O, 1940-cı ildən etibarən Kürdəmir rayonundakı Moskva adına kolxozda kolxozçu və manqabaşı kimi fəaliyyət göstərmişdir. 1949-cu ildə pambıqçılıq sahəsində yüksək məhsuldarlıq əldə edərək hər hektardan rekord miqdarda pambıq yığımına nail olmuşdur.

Təzə Ağayeva 10 mart 1968-ci ildə Kürdəmir rayonunda vəfat etmişdir.

Mükafatları Kənd təsərrüfatı sahəsində göstərdiyi bu yüksək əmək rəşadətinə görə SSRİ Ali Soveti Rəyasət Heətinin 1950-ci il sərəncamı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. O, həmçinin "Lenin" ordeni və "Oraq və Çəkic" qızıl medalı ilə təltif olunmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Azərbaycan pambıqçıları