Bənu Qeynuqa (; ) və ya Bəni-Qaynuqa — islam peyğəmbəri Məhəmmədin Mədinədən qovduğu yəhudi-ərəb qəbiləsi.
Mənşəyi Bənu Qeynuqa Mədinədə yaşayan üç yəhudi qəbiləsindən biri idi. Digər iki qəbilə Bəni-Nəzir və Bəni-Qureyzə idi.
Bənu Qeynuqa qəbiləsi Mədinənin cənub-qərbində, Vadi Buthan adlı ərazidə yaşayırdı. Onlar yazıda İbrani əlifbasından istifadə etsələr də, ərəb dilində danışırdılar. Onlar uşaqlarına həm müqəddəs kitablarında keçən yəhudi adlarını, həm də ərəb mənşəli adları qoyurdular.
Məşğuliyyəti Bənu Qeynuqa qəbiləsinin əsas məşğuliyyətləri zərgərlik, silah istehsalı və ticarət idi.
Mədinədən sürgün edilmələri Bədr döyüşündən sonra onlarla müsəlman arasındakı münasibət gərginləşmiş, bazarda müsəlman bir qadına sataşmaları və bu səbəbdən qan tökülməsi onların Məhəmməd tərəfindən Mədinədən sürgün edilmələri ilə nəticələnmişdir.
Mədinə sürgün edilən Bənu Qeynuqa qəbiləsi, Suriyaya gedərək Ezriat (indiki Dəra) adlı yerdə məskunlaşmışlar.
Həmçinin bax Bənu Qeynuqanın mühasirəsi
İstinadlar
Kateqoriya:Ərəbistanın yəhudi qəbilələri Kateqoriya:Ərəb etnik qrupları Kateqoriya:Mədinənin tarixi Kateqoriya:Məhəmməd və iudaizm Kateqoriya:Yəhudi tarixi