Prussiyalı Mariya Sesilya Kira Viktoriya Luiza (; ) — Hohensollern şahzadəsi.

Həyatı 28 may 1942-ci ildə indiki Polşa ərazisində dünyaya gəldi. Atası son Prussiya kralı və Alman imperatoru II Vilhelmin nəvəsi vəliəhd Luiz Ferdinand, anası isə böyük knyaz Kiril Vladimiroviçin qızı Kira Kirilovnadır.

İkinci Dünya müharibəsinin ardından 1947-ci ildə Bremendə məskunlaşdılar. Burada dövlət gimnaziyasında təhsil aldı. Babası vəliəhd-şahzadə Vilhelmin 1951-ci ildə vəfatından sonra atası Hohensollern sülaləsinin ailə başçısı ünvanını aldı.

3 dekabr 1965-ci ildə Berlində Oldenburqlu Fridrix Avqustla evləndi. Seçilən bəy namizədi Oldenburq ailə başçısı Nikolay von Oldenburqun oğlu idi. Cütlüyün bu nigahdan 3 övladı doğulsa da, 23 noyabr 1989-cu ildə boşandılar.

Şəcərəsi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriPaul Vladimir Nikolay Luiz Ferdinand Pyotr Maks Karl-Emix von Oldenburq16 avqust 1969 - (57 yaşında)Mariya del Pilar Mendez de Viqo (20 yanvar 2001)Kiril (2002-)Karlos (2004-)Paul Mariya (2005-)Mariya Assunta (2007-)Riksa Mariya Aliks Kira Altburq von Oldenburq17 sentyabr 1970 - (56 yaşında) - -Bibiyane Mariya Aleksandra Qertrud von Oldenburq24 iyun 1974 - (52 yaşında) - -

Mənbə

Ədəbiyyat

Genealogisches Handbuch des Adels, Fürstliche Häuser XIV. "Haus Preußen". C.A. Starke Verlag, 1991, pp. 123, 133-134, 145-146. (German). ISBN 978-3-7980-0843-4 Eilers, Marlene A. (1987). Queen Victoria's Descendants. Baltimore: Genealogical Publishing Co. ISBN 978-0-8063-1202-6 MacDonogh, Giles (2003). The Last Kaiser: The Life of Wilhelm II. New York City: St. Martin's Griffin. ISBN 978-0-312-30557-4

İstinadlar