Gəyən düzü — Cəbrayıl rayonu və Qubadlı rayonu rayonlarının arasında yerləşir.
Adın etimologiyası Türk mənşəli addır. Tam aydın, işıq olmayan mənalarına malik olduğu bilinirAzərbaycan dilinin izahlı lüğəti.. Bəzi mənbələrdə "gəyən" sözü süd kimi aydın gecə mənasında izah olunur. Şivələrimizdə bu söz genişlik, açıqlıq mənalarındadır. "Mal-qaranı gəyənlikdə bağladılar" deyərkən açıq yerlər nəzərdə tutulmuşdur. Xalq etimologiyasına görə də "Gəyən" adı düzün geniş, ucsuz-bucaqsız olması ilə əlaqədardır. Bu söz genişlik mənası ilə yanaşı, quraqlıq, susuzluq mənalarına da malikdir.
Sarı Aşığın aşağıdakı bayatısında bu söz həm geniş, həm də quraqlıq, susuzluq mənalarındadır.
Mən aşıq gəyən yerlər. Göyərmiş gəyən yerlər Mənə nişanə qaldı, Ayağın dəyən yerlər.
Toponimikası Mil düzünün bir hissəsidir. Göyən çölü, Gəyən düzü də adlanır. Çölün qərb hissəsi İncəçöl, şərq hissəsi isə Çaxmaqçöl adlanır. Bir fikrə görə, oykonimin əsli Göyən olmuşdur. Kəndin ərazisi yazda və payızda göy otla zəngin olduğundan keçmişdə maldar tayfaların köç vaxtı dayanacaqları olmuşdur. Oronim göy ("yaşıl ot" mənasında) sözündən və məkan bildirən -an şəkilçisindən əmələ gəlib, "göy otlaq, göylük" mənasını bildirir. Başqa bir fikrə görə, göyən sözü coğrafi termin olub, "təpəliklərin üstündəki geniş sahə, çöl, düz" mənasındadır. Cənubi Azərbaycanda da Göyən kəndi qeydə alınmışdır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb",
İstinadlar
Kateqoriya:Düzənliklər Kateqoriya:Cəbrayıl rayonu Kateqoriya:Qubadlı rayonu Kateqoriya:Qarabağ toponimləri