Ermənilər () — Qafqaz və Yaxın Şərqdə xalq. Özlərini "Hay", ölkələrini "Hayastan" adlandırırlar. Ermənistan əhəlisin əsasını təşkil edirlər. Bundan əlavə İran, Gürcüstan, Türkiyə, Livan və Suriyada da məskunlaşmışlar. Sayları 2010-cu ilə olan təxminlərə əsasən 6–8 milyon nəfərdir. Ermənistandankı ermənilərin sayı rəsmi rəqəmlərə görə 3 milyona yaxındır. Türkiyədə ermənilərin sayı müxtəlif mənbələrə görə 35000 ilə 50000 arasında olub, demək olar ki, hamısı İstanbul və ətrafında yaşayır. 19-cu əsrə kimi əksəriyyəti Osmanlı İmperiyası və İranda yaşayan ermənilər bu dövrdən sonra müxtəlif səbəblərdən dünya ölkələrinə səpələnib və bu səpələnmə nəticəsidə dünyanın müxtəlif ölkələrində yaşayan erməni topluluqlarına erməni diasporası adı verilib. Erməni diasporasının ən güclü olduğu ölkələr ABŞ, Rusiya və Fransadır. İran və Türkiyədəki ermənilər özlərini diaspora saymırlar. Dindarları əsasən Erməni Qriqorian kilsəsinə etiqad edir.

Məskunlaşma arealları

+Dövlət Krallığa namizəd Kipr kralı Yanusun (1398–1432) törəmələri: 15px|frameless Şahzadə Çarlz-Antoin 15px|frameless Şahzadə Viktor EmmanuelYaşadığı ərazilərAbxaziya və Samtsxe-Cavaxeti (Gürcüstan)Parlamentdə və hökumətdə iştirak Livan (hal-hazırda Daşnaksütun)Hərbi təşkilatŞəhid Nubar Ozanyan dəstəsi (Suriya)Erməni dilinin statusuRəsmi status: Kipr, Macarıstan, İraq, Polşa, Rumıniya, Ukrayna Qeyi-rəsmi status: Gürcüstan (təhsil dili), Livan, ABŞ (Kaliforniya)Əsasən tərk etdikləri ərazilər Türkiyə Azərbaycan Naxçıvan Dağlıq QarabağTarixi dini fəaliyyət Kilikiya katolikosluğu (Livan) İstanbul patriarxatlığı (Türkiyə) Qüds patriarxatlığı (İsrail)Digər böyük topluluq və ya diaspora ölkələri Rusiya, ABŞ, Fransa, İran, Almaniya, BraziliyaƏlaqəli etnik qruplarHemşinlilər, Çərkəz erməniləri, Hayhurum, Erməni-tatlar

20 sentyabr 2023-cü ildə Azərbaycanın Dağlıq Qarabağda separatçı erməni Dağlıq Qarabağ Respublikasına qarşı hərbi hücumunu dayandıran atəşkəs razılaşmasından sonra, ermənilər Dağlıq Qarabağı sentyabrın sonunda və oktyabrın əvvəllərində tərk edib. Hesablamalara görə, Dağlıq Qarabağda təxminən 50 erməni qalıb.

+Ermənilərin Azərbaycan Azərbaycanın faktiki nəzarətində olan ərazilərdə 1999-cu il siyahıyaalınması zamanı 659 nəfər, 2009-cu il siyahıyaalınması zamanı isə 220 nəfər öz etnik mənsubiyyəti erməni olaraq göstərmişdir.AzStat–ın məlumatına görə: 1989-cu il əhalinin siyahıyaalınmasının yekunları əsasında aparılan ekspert hesablamalar nəticəsində Dağlıq Qarabağ regionunda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sayı 120086 nəfər (kişilər 57904, qadınlar 62182) təşkil edib. 2009-cu ildə keçirilən sonuncu əhalinin siyahıyaalınmasının yekunlarına əsasən, Dağlıq Qarabağ istisna olmaqla ölkənin digər ərazilərində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sayı 220 (kişilər 17, qadınlar 203) nəfər olub. (Bax ) Yaşayış məntəqəsi 1999 sa.Population statistics of Eastern Europe:Ethnic composition of Azerbaijan by 1999 census 2009 sa.Population statistics of Eastern Europe:Ethnic composition of Azerbaijan by 2009 census Bakı şəhəri ə/d00Sumqayıt şəhəri ə/d00Şirvan şəhəri ə/d00Gəncə şəhəri ə/d00Mingəçevir şəhəri ə/d00Naxçıvan MR00Abşeron rayonu00Ağcabədi rayonu00Ağsu rayonu…0Ağstafa rayonu00Balakən rayonu00Bərdə rayonu00Beyləqan rayonu00Cəlilabad rayonu00Daşkəsən rayonu00Şabran rayonu00Gədəbəy rayonu00Goranboy rayonu00Göyçay rayonu00İmişli rayonu00İsmayıllı rayonu00Kürdəmir rayonu00Lənkəran rayonu00Masallı rayonu00Neftçala rayonu00Oğuz rayonu00Qax rayonu00Qazax rayonu00Qəbələ rayonu00Quba rayonu00Qusar rayonu00Saatlı rayonu00Sabirabad rayonu00Salyan rayonu00Şamaxı rayonu00Samux rayonu00Şəki rayonu00Şəmkir rayonu00Siyəzən rayonu00Tovuz rayonu00Ucar rayonu00Xaçmaz rayonu00Göygöl rayonu00Yevlax rayonu00Zaqatala rayonu00Ağdam rayonu00Bütün ölkə üzrə 00

Gürcüstan

Rusiya

Tacikistan 21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 434 nəfəri etnik ermənilərdən ibarətdir.Сайти расмии Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон:Ҷилди 3. Ҳайати миллӣ ва донистани забонҳо, шаҳрвандии аҳолии Ҷумҳурии Тоҷикистон

Fransa

Türkiyə

thumb|right

2008-ci ilə olan məlumata əsasən Türkiyənin təxminən 60.000 erməni kökənli vətəndaşı vardır.Milliyet Gazetesi: Dışişleri: Azınlık sayısı 89 bin (haberin yayınlanma tarihi: 12 Aralık 2008) Dışişleri Bakanlığı tarafından TBMM’ye gönderilen rapora göre, Türkiye’de toplam 60 bin Ermeni, 25 bin Musevi ile 3–4 bin civarında Rum asıllı vatandaş yaşıyor ve bunlara ait 270 ibadethane bulunuyor Bundan əlavə təxminən 100.000 nəfər Ermənistan vətəndaşı qeyri-qanuni olaraq Türkiyədə işçi olaraq çalışmaqdadır.Hürriyet Gazetesi: 100 bin Ermenistan vatandaşı için son 13 gün (haberin yayınlanma tarihi: 12 Ocak 2012) Erdoğan, mart 2010 'da BBC'ye verdiği bir demeçte, Türkiye'de kaçak olarak çalışan 100 bin kadar Ermenistan vatandaşından bahsetmiş, Ermenistan tasarısı nedeniyle yaşanan krizlerin "Ermenistan'a zarar vereceğini" vurgulamış, gerekirse Türkiye'de yaşayan 100 bin Ermenistan vatandaşının sınırdışı edilebileceğini vurgulamıştı. Başbakan, "Bakın benim ülkemde 170 bin Ermeni vatandaş var; bunların 70 bini benim vatandaşımdır. Ama yüz binin Ermenistan vatandaşını biz ülkemizde şu anda idare ediyoruz. E ne yapacağım ben yarın, gerekirse bu yüz binine 'Hadi siz de memleketinize' diyeceğim; bunu yapacağım. Niye? Benim vatandaşım değil bunlar… Ülkemde de tutmak zorunda değilim" demişti.

İran

1966-cı ildə aparılmış siyahıya almaya əsasən 25.078.923 nəfər İran əhalisinin 108.421 nəfəri və ya əhalinin 0,43%-i ermənilərdən ibarət idi. Onların 72.121Encyclopædia Iranica :ARMENIANS OF MODERN IRAN nəfəri Tehran şəhərində məskunlaşmışdı. 1996-cı ildə aparılmış siyahıya almaya əsasən 60.055.488 nəfər İran əhalisinin 59.788.791 nəfəri (və ya əhalinin 99,55%United Nations High Commissioner for Refugees (UNHCR) — The UN Refugee Agency :Core document forming part of the reports of States Parties : Iran (Islamic Republic of). 30.06.1998. HRI/CORE/1/Add.93. (Core Document) -i) müsəlman, 78.745(qadın: 39.267 nəfər, kişi: 39.478 nəfər) nəfəri (və ya əhalinin 0,13%-i) xristian (əsasən erməni və assuriyalı), 27.920 nəfəri (və ya əhalinin 0,05%-i) zərdüşti, 12.737 nəfəri (və ya əhalinin 0,02%-i) musəvi, 147.295 nəfəri (və ya əhalinin 0,25%-i) isə digər dinlərə etiqad edənlər olmuşdur . 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən 70.495.782 nəfərlik İran əhalisinin 99,43%-ni müsəlmanlar, 0,16%-ni (109.415 nəfər — qadın: 54.664 nəfər, kişi: 54.751 nəfər) xristianlar, 0,03%-ni zərdüştilər, 0,01%-ni musəvilər, 0,37%-ni isə digər dinlərə etiqad edənlər təşkil edir.UNESCO :"Education for all"-2000–2006 Islamic Republic of Iran

Suriya

2012-ci ilə olan təxminə əsasən Suriyada 70.000–80.000 nəfər dolayında erməni diasporu yaşamaqdadır.Центр Льва Гумилева — Современное евразийство :Армянская община Сирии под угрозой Onların yarıya qədəri Hələb şəhərində məskunlaşıbdır. 2010-cu ildə onların bir hissəsi Zəngilan rayonuna gətirilmişdir.

İraq 2003-cü ildə ABŞ İraqda hərbi əməliyyatlara başladığı zaman bu ölkədən 25.000-dən çox erməni yaşasa da, müharibənin təsiri ilə ölkədə yaşayan ermənilərin 40%-ə qədəri digər ölkələrə köç etmişdir. 2012-ci il üçün İraqda ermənilərin sayı 15.000–16.000 nəfər dolayında qiymətləndirilir.Информационный Центр газеты армян России "Еркрамас" :Около 40% армян, проживавших в Ираке, покинули эту страну с начала войны в 2003 году – ТВ

Livan

2007-ci ilin sonuna olan rəsmi təxminə əsasən Livan əhalisi 3.759.136 nəfərdir .Official site of the Central Administration for Statistics — Presidency of the Council of Ministers in Lebanon :Lebanon in Figures 2008 gathers number of social and economic indicators: About Lebanon, Population, Education, Employment, Tourism, Consumer Price Index, National Accounts. Last Updated (Monday, 12 July 2010 09:32) 2005-ci ilə olan məlumata əsasən ölkədə 116.214 nəfər erməni yaşayır.Ermeni Araştırmaları Enstitüsü (ERAREN) :Lübnan'da Ermeni Diasporası Onların 88.601 nəfəri qreqoryan, 20.259 nəfəri katolik, 7.354 nəfəri isə protestantdır . Erməni toplumu Livan parlamentində 6 qriqoryan millət vəkili ilə təmsil olunur . Siyasi-hərbi münaqişələr və sosial vəziyyətin pisləşməsi Livandakı erməni diasporasının ABŞ başda olmaqla Şimali Amerikaya, Avropa Birliyi ölkələrinə və Avstraliyaya köçünü sürətləndirmişdir, bu səbəbdən erməni əsilli əhalinin sayı artım göstərməyərək ildən ilə azalmaqdadır.

Misir

Bəzi məlumatlara əsasən Misirdə 2010-cu ilə olan təxminlərə əsasən 6.000–11.000 nəfər arası erməni əsilli əhali yaşamaqdadır.Интернет-портал "Армяне в мире": Армяне в Египте

Efiopiya

Sudan Məxəzlərdə ermənilər Sudan ərazisində ilk dəfə XVII–XVIII əsrlərdə xatırlanırlar.Интернет-портал "Армяне в мире": Арман Акопян. Армяне в Судане . "Ноев ковчег", № 20 2011. Bununla belə bu ölkədə erməni cəmiyyəti XIX əsrin ikinci yarısında formalaşmağa başlamışdır. Ənənəvi olaraq erməni cəmiyyəti Sudanın Xartum, Omdurman və Qadarif şəhərlərində cəmləşmişdir. Sudanda ilk erməni məktəbi 1930-cu ildə əsasən məsihi etiqadlı əhaliyə sahib Qadarif şəhərində yaradılmışdır. 1956-cı ildə paytaxt Xartumda "Erməni gimnaziyası" yaradılsa da 1977-c ildə mərkəzi hökumət tərəfindən bağlanıldı. 1957-ci ildə Sudanda Müqəddəs Qriqori erməni kilsəsi açıldı. 1965-ci ildə Sudanda erməni diasporasının sayı 2.3 min nəfərdən çox idi. Sudanda mövcud olan erməni cəmiyyətinin önəmli hissəsini Türkiyədən, həmçinin Misir və Efiopiyadan bura köçmüş əhalinin varisləri təşkil edirdi. Efiopiya və Misirdə olduğu kimi Sudanda da ermənilər müəyyən dərəcədə yerli məsihi etiqadlı həbəş və kopt kökənli əhali ilə qaynayıb-qarışmışdı. 2003-cü ildə baş vermiş Darfur hadisələri zamanı 300 nəfər erməni əsilli əhali də ödürüldü. Hələ bu hadisəyə qədər ölkədə milliləşdirmə haqqında qanunun qəbulu ilə ermənilər ABŞ, Kanada, Böyük Britaniya, Misir və Fransaya köç etməyə başlamışdılar. Ancaq Darfur hadisələri ilə bu köç kütləvi xarakter almış və beləliklə 2011-ci ilə olan məlumata əsasən ölkədə 50 nəfər erməni əsilli əhali qalmışdır. Qalan əhali isə 60 % yaşlılardan ibarətdir.

Braziliya Braziliyanın statistika xidmətinin məlumatına əsasən 1885-ci ildə ölkədəki ermənilərin sayı 100 nəfərdən çox deyildi.Интернет-портал "Армяне в мире": Арман Акопян. Об истории формирования армянской общины Бразилии . "Ноев ковчег", № 18, октябрь 2012

Erməni dili Erməni dili Hind-Avropa dilləri ailəsində xüsusi bir qol təşkil edən dildir. Yuxarı Fərat hövzəsində e.ə. 5-ci əsrdən varlığı haqqında mənbələrdə məlumat verilən bu dil b.e. V əsrindən Erməni əlifbası ilə yazıya köçürülmüşdür. Din adamı Mesrop Maştos (361–441) tərəfindən 405-ci ildə yaradılan 38 hərfli bu əlifba inkişaf etdirilərək günümüzə qədər istifadə olunmaqdadır. Mesrop Maştosun bu 38 hərfi yuxusunda gördüyü rəvayət edilir.

Müasir erməni dili mərkəzi İstanbul olmaqla Qərb ermənicəsi və mərkəzi Erevan olmaqla Şərq ermənicəsinə bölünür. Ermənistanın rəsmi dili Şərq ermənicəsidir. Qərb ölkələrindəki diasporalarda yaşayan ermənilərin dili Qərb ermənicəsidir. Buna baxmayaraq Ermənistanın təsiri ilə son dövrlərdə Qərb erməniləri arasında da Şərq ermənicəsi yayılmaqdadır.

Dini mənsubiyyət Erməni topluluğu rəvayətlərə görə b.e. 301-ci ilndə "Aydınladıcı" ləqəbiylə anılan Aziz Qriqorun rəhbərliyi ilə xristian dinini qəbul etmişdir. Xristianlar arasında yayılan rəvayətə görə ermənilər xristianlığı bütünlüklə qəbul edən ilk xalqdır. Lakin mərkəzi İstanbul olan Bizans kilsəsi ilə erməni kilsəsi arasında çıxan narazılıqlar və çəkişmələrə görə 452-ci ildə Erməni kilsəsi kotoloik-ortodoks dünyası ilə yolunu ayıraraq beynəlxalq bir məzhəb olaraq fəaliyyət göstərməyə başlayıb. Erməni Apostoloik (Qriqoqyan) Kilsəsi adını daşıyan bu kilsə Qərb mənbələrində (erməni kilsəsinin qurucusu Aziz Qriqoryana ithafən) Qriqoryan Kilsəsi kimi qeyd olunur.