() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.
Müxtəlif forma və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır.
Ümumi məlumatlar Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Süsən çiçəyi təbiətin yaratdığı gözəl canlı abidədir. Çox qədim zamanlardan bizə qədər gəlib çatan bir xalq əfsanəsində bu zərif çiçək haqqında deyilir ki, min il bundan qabaq ilk süsən çiçək açır. O, qədər gözəl olur ki, bütün quşlar və heyvanlar onu sevməyə başlayır. Nə vaxt ki, toxumlar yetişir, külək bunları götürüb dünyanın hər yerinə aparır. Bu zaman yer kürəsinin hər yerində müxtəlif rəng çalarlarına malik süsən əmələ gəlir. Məsələn, nəmli çəmənliklərdə qızılı-sarı süsən, səhralarda qəşəng süsən, dəniz kənarlarında qırmızı süsən, ən gözəli isə mavi (hava) rəngli və ətirli dağ süsəni yaranmağa başlayır.
Bitkinin adı "İris", "İdos" yunan sözü olub, "göy qurşağı" mənası verir. Beləliklə müxtəlif rənglərdə olan süsən çiçəklərini gözəllik rəmzi olan göy qurşağına bənzədirlər.
Qədim insanlar hər hansı bitki ilə tanış olan zaman onun müalicəvi xüsusiyyətlərinə fıkir verirdilər. Yunan həkimi Dioskorid (bizim eranın I əsrində) "Dərman vəsaiti" əsərində süsənin müalicəvi xüsusiyyətlərindən geniş söz açır. Süsənin yarpaq, kökümsov və kök hissələri dərman, aşı maddəsi, ədviyyat və s. əldə etmək üçün əvəzsiz xammal sayıla bilər. Belə ki, 300 ildən artıqdır ki, İtaliyada "bənövşə kökü" adı ilə məşhur olan Florensiya süsənindən yüksək keyfiyyətli, xoş ətirli, iron maddəsi ilə zəngin efır yağı istehsal olunur. Bu yağdan isə incə bənövşə çiçəyinin iyini xatırladan ətir alınır. Süsənin bir çox növlərinin kökümsov və yarpaq hissələrində C vitamini, karotin, flavonoid, aşı maddəsi, kversetin, lyuteolin, 57%-ə qədər nişasta, 9,6% piyli yağ, qatran və s. maddələr tapılmışdır.
İstehsalatda istifadəsi Süsənin bir çox növlərinin çiçək və kökümsovlarının tərkibində yeyinti və toxuculuq sənayesində, gön-dəri istehsalında, eləcə də əczaçılıq, ətriyyat və kosmetika sahələrində istifadəsi mümkün olan antosian və aşı maddələri, dərman, efir yağları var. Biz ilk dəfə olaraq süsən çiçəklərindən zəhərsiz və tərkibi bioloji fəal maddələrlə zəngin olan boyaq maddələri alaraq, qida məhsullarının boyadılmasında sınaqdan keçirib maraqlı nəticələr əldə etdik.
Süsən, əsasən toxumla, vegetativ üsulla və kökümsovları vasitəsilə çoxaldılır. Çoxaltma üçün sağlam, cavan cücərtilərin şitillərindən istifadə olunur. Növbəti əkin zamanı süsəni biçilmiş taxıl və yaxud mədəni bitkilər üçün nəzərdə tutulmuş sahələrdə əkib becərirlər. Şumlama 27–40 sm dərinliyində aparılır. Şumlamadan sonra hər hektar sahəyə 200–300 kq superfosfat, 100–150 kq kalium gübrələri verilir. Bitkinin inkişafı prosesində hər suvarmadan sonra kultivasiya işləri aparılır, sahə alaq otlarından təmizlənir. Bitkinin hündürlüyü 10–12 sm-ə çatdıqdan sonra hər hektar sahəyə təkrarən 150–250 kq superfosfat, 80–125 kq kalium gübrəsi verilir. İkinci il bitkinin dibi yumşaldılır, alaq otlarından təmizlənir və suvarılır.
Süsəni qida sahəsi 70x30 sm olan yerdə əkib becərirlər. Hər hektar sahədən 5–8 ton kökümsov məhsulu əldə edilir.http://www.nkpi.az/?page=addread&id=13731
Müalicə praktikasında istifadəsi Sarı süsənin qurudulmuş kökümsovlarının sulu dəmləməsi və bişmişi ishalın qarşısını alır. Sulu dəmləməsi həm də böyrək və sidik yollarının iltihabını, ağrıları və daxili qanaxmaları (uşaqlıq qanaxmalarını) kəsir.
Aristotel, Dioskorid öz əsərlərində xalq arasında süsənin kökündən bir çox xəstəliklərin müalicəsində geniş istifadə edilməsi haqqında maraqlı məlumatlar verirlər. Qədim zamanlarda süsənin kökünü yerdən qazıb çıxarır, yuyub qurudur, əzərək narın toz halına saldıqdan sonra spirtdə, çaxırda həll edərək kəskin ağrı verən sidik kisəsi xəstəliklərini müalicə edərmişlər.
Orta əsrlərdə kosmetika sahəsində süsənin kökündən geniş istifadə etmişlər. Bitkinin cövhəri diş dibini möhkəmləndirir. Bundan başqa üzdə olan çilin yox edilməsində, qanın kəsilməsində, tozunu balla qarışdırıb yaranın üzərinə çəkərək və döyülmüş ətlə qarışdırıb açıq sümüyün üzərinə qoyaraq müalicə edirmişlər. Tozu balla qarışdırıb üzdəki çillərin üzərinə sürtməklə onları yox edirmişlər.
Sinonimləri Heterotipik sinonimləri
Növləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avrasiya florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları