Musabəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Musabəyli kəndi XIX yüzilin ikinci yarısında yaranmışdır. 1875-ci ildə Mirzənağılı obasından Şıx Musa İsmayıl oğlu (1841--?), Şıx İsa İsmayıl oğlu (1846--?), Nüzgar kəndindən Qasım Kərbəlayı Əhməd oğlu (1834--?), Hüseyn Kərbəlayı Əhməd oğlu (1836--?), Məmməd Kərbəlayı Əhməd oğlu (1858--?), Rza Kərbəlayı Əhməd oğlu (1870--?), Qaracallı obasından Məmməd Gülməmməd oğlu (1836--?), Zeynal Gülməmməd oğlu (1842--?), Qəhrəman (1844--?), Bayram Gülməmməd oğlu (1854--?), Hüseyn Gülməmməd oğlu (1856--?), Abbas Yusif oğlu 1816--?), Məmməd Yusif oğlu (1828--?) köçüb əski Xırdapara-Dizaq mahalının ərazisində məskunlaşmışdı. Kənd Şıx Musa İsmayıl oğlunun şərəfinə Musabəyli adlandı.

17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası Musabəyli oyk., diiz. Ağsu r-nunun Qaraqoyunlu i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə Musa- bəy adlı şəxsə məxsus ərazidə salındığı üçün belə adlandırılmışdır. R-nun ərazisində Musa- bəyin adı ilə bağlı bir neçə mikrotoponim də qeydə alınmışdır, Düzənlikdədir. Yerli məlumata görə, yaşayış məntəqəsinin əsasmı Musabəy adlı şəxs qoyduğu üçün kənd onun adı ilə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.

Həmçinin bax Füzuli rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Füzuli rayonunun kəndləri