Nodar Kumaritaşvili (25 noyabr 1988 - 12 fevral 2010) — Gürcüstan idmançısı
Kirşə idmanı üzrə Gürcüstan milli komandasının üzvü Nodar Kumaritaşvili 2010-cu ilin fevralında məşq zamanı vəfat edib. Faciə Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasiminə 5 saat qalmış baş verib. 21 yaşlı idmançı məşq zamanı ikinci yürüşün sonuncu 270 dərəcəlik döngəsində kirşəyə nəzarəti itirib. Saatda 144 kilometr sürətlə hərəkət edən kirşə divara dəyərək kənara atılıb. Həkimlər özlərini idmançıya yetirib ilkin yardım göstərməyə çalışıblar. Qəzadan 8 dəqiqə sonra vertolyotda olan Nodar xəstəxanaya çatdırılıb. Cəmi iki saat sonra isə gürcü vəfat edib. Mütəxəssislər faciəni yolun sürətli olması ilə izah edirlər. Böyük təcrübəsi olmayan idmançıların kirşənin həddən artıq sürət yığması ilə bacara bilmədiyindən ciddi çətinliklərlə üzləşəcəyi isə əvvəlcədən ehtimal olunurduAğ Olimpiada faciə ilə başladı. Nodar Kumaritaşvili ölümündən sonra Beynəlxalq Olimpiya Komitəsinin (İOC) ali ordeni ilə mükafatlandırılıb.
İstinadlar
Kateqoriya:Gürcüstan idmançıları Kateqoriya:Yarış zamanı vəfat edən idman yarışçıları