Ətvarül-qəlb – Seyid Yəhya Bakuvinin yazdığı əsər. Məsnəvi janrında yazılmış bu əsər təsəvvüfi xarakter daşımaqla 772 beytdən ibarətdir.

Əsərdə qəlbin təsəvvüfdəki əhəmiyyətindən bəhs edilir. Qəlbin yeddi halı vardır: sədr, qəlb, şəqaf, fuad, heyətül-qəlb, süveyda və behcətül-qəlb. Bunlara mənzum təsəvvüfi açıqlama verilir.

Bəzi kitabxanalarda qeydlərində "Risaleyi ətvarül-qülub" adı altında qeyd edilir. Millət Kiatbxanasında isə "Gülzari-səadət" adı altında verilmişdir. Nüsxələri aşağıdakılardır:

Nuruosmaniyyə,4904 İstanbul Universiteti Mərkəz Kitabxanası, FY.,954/HE.,8194 İstanbul Universiteti Mərkəz Kitabxanası, FY.,1127/HE.,7325 Manisa Muradiyyə,2906/8 Bakı, B-6960/7 Millət, FY/1044

İstinadlar

Kateqoriya:Seyid Yəhya Bakuvi