Yenikənd (əvvəlki adı: Norşen, daha əvvəlki adı: Yengikend ()) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası XIX əsrin 20-ci illərində əsasən Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələri orada məskunlaşmış, sonralar kəndin adını Noraşen (erm. "yeni kənd, təzə kənd") adlandırmışlar. 1992-ci ildən kəndin adı Yenikənd kimi rəsmiləşdirilmişdir.
Tarixi 1886-cı il üçün tərtib edilmiş Zaqafqaziya əhaləsinə dair statistik məlumatlarına əsasən, bu kənd rus dilində Yengikend () adı ilə Yelisavetpol quberniyasının Şuşa qəzasının tərkibində göstərilir. 1926-cı ilin Qafqazın xəritəsində də kəndin adı rus dilində Yengikend () kimi qeyd olunubdur.
Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Norşen kəndi Yenikənd kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Yenikənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə keçib.
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Yenikənd (Xocavənd) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri