Sway – Meksikalı bəstəkar Pablo Beltran Ruizin 1953-cü ildə, mambo tərzində bəstələdiyi ¿Quién será? mahnısının ingiliscə olan versiyasıdır.

Mahnıya 1954-cü ildə Norman Gimbel ingilis dilində sözlər yazmış və bundan sonra mahnını məşhur aktyor və musiqiçi Din Martin ifa etmişdir. Din Martin mahnını ingilis dilində oxuyan ilk ifaçı olmuşdur. Mahnı onun ifasında Billboard Hit Paradında 15-ci yerə yüksəlmişdir. Eyni ildə mahnı İngiltərədə altıncı yerə qədər yüksələ bilmişdir. Mahnı Din Martindən sonra dünyanın bir çox ölkələrindən olan musiqiçilər tərəfindən fərqli üslublarda ifa edilmişdir.

Fərqlənən və yadda qalan ifalar 1953 – Pablo Beltrán Y Su Orchestra 1954 – Eylin Barton, Coral Records, kataloq nömrəsi 61185, 1954 – Din Martin, Capitol Records, kataloq nömrəsi 2818, US 15, UK 6 1954 – Olavi Virta (fin dilində) 1960 – Perez Prado və Rosemary Clooney, A Touch of Tabasco albomu 1960 – Bobbi Ridell, Capitol Recording Studios, NYC 1961 – Ben E. Kinq, "Spanish Harlem" albomu 1963 – Kliff Riçard, "When In Spain" albomu 1976 – Ajda Pekkan, "Kim Ne Derse Desin" albomu (türk dilində) 1990 – Bjork in album Gling-Gló, as "Í dansi með þér" (island dilində) 1999 – Shaft, (Mucho Mambo) adıyla "Sway" albomu 2000 – Athena – Macera, "Tam Zamanı Şimdi" albomu (türk dilində) 2003 – Maykl Buble, 2004 – Pussycat Dolls, Shall We Dance? filmində 2004 – Ariel Dombal, "Quién Será (Sway)" adıyla 2005 – Aaron Kvok, titled "飛" ("Sway" – Cantonese version) 2005 – Valid Soroor, "Yar Nazanin" adıyla (fars dilində) 2007 – Amr Diab, "El Lilady" adıyla(ərəb dilində) 2007 – Puppini Sisters, Montreal Jazz Fest Compilation 2007 (Müxtəlif İfaçılar) 2009 – Haifa Wehbe 2010 – Paul Byrom of Celtic Thunder

Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:1953-cü ilin mahnıları Kateqoriya:İspan dilində mahnılar