Madər Ələsgər oğlu Musayev () — Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı (1995–2023), Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı (1991–1995).

Həyatı Madər Ələsgər oğlu Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Koperativ İnstitutunun Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirmişdir. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı və Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olmuşdur.

Madər Musayev 14 iyul 2023-cü ildə ağciyər və böyrək çatışmazlığından vəfat etmişdir. Binəqədi rayonu kənd qəbiristanlığında dəfn edilmişdir.

Evli və 3 övladı var idi.

Mükafatları "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmişdir.

25 noyabr 2022-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

İstinadlar

Xarici keçidlər I çağırış II çağırış III çağırış IV çağırış V çağırış VI çağırış

Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan iş adamları