Mirzə İbrahimov () — Azərbaycan yazıçısı, dramaturq, ictimai xadim, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945). Sosialist Əməyi Qəhrəmanı (1981), Azərbaycan SSR Xalq yazıçısı (1961), "Stalin" mükafatı laureatı (1951), Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Cəvahirləl Nehru mükafatı laureatı (1979). Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954–1958), Azərbaycan SSR maarif komissarı və naziri (1942–1947), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1948–1954), birinci katibi (1965–1976, 1981–1986), 1937–1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasilələrlə), , Azərbaycan SSR Ali Sovetinin (3–4-cü, 6–7-ci və 9-cu çağırış) deputatı, SSRİ xalq deputatı (1989).

Həyatı Mirzə İbrahimov 1911-ci ilin 28 oktyabr tarixində İranın Sərab şəhəri yaxınlığındakı Eyvəq kəndində (indiki İran İslam Respublikası, Şərqi Azərbaycan ostanı, Sərab şəhristanı, Şərəbiyan dehistanı, Eyvəq kəndi) anadan olmuşdur. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. Əvvəlcə anası, sonra isə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1926–1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır.

Yaradıcılığı 200px|thumb|right|Mirzə İbrahimovun yaşadığı evin fasadına vurulmuş barelyef

Mirzə İbrahimovun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda şeirləri nəşr olunmuşdur. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də XX əsrin 30-cu illərdə yazmışdır. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya — Donbas şaxtalarında, Dnepropetrovsk sənaye müəssisələrinə səfərdə olmuş, "Giqantlar ölkəsində" adlı oçerklər kitabını yazmışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə — "Sürət" qəzetinin redaktoru vəzifəsinə göndərmişdir (1933). "Həyat" (1935) pyesi bu dövrün bəhrəsidir.

1935–1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M. İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və fəaliyyətindən bəhs edən namizədlik dissertasiyasını müdafiə etmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur. 1942-ci ildə isə 31 yaşında ikən Azərbaycan SSR Xalq Maarif Komissarı vəzifəsinə təyin olunmuş və 1942–1946-cı illər ərzində Azərbaycan SSR Maarif Naziri və M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-nin incəsənət İşləri idarəsinin rəisi işləmişdir.

İkinci dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə Cənubi Azərbaycanda olarkən "Vətən yolunda" qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə ("Qorxulu səs", "Sənət aşiqləri", "Zəhra", "Yol ayrıcında", "Mələk", "Qaçaq", "Cənub hekayələri" silsiləsi — "On iki dekabr", "Azad", "Tonqal başında", "İztirabın sonu", "İki həyat"), povest ("Xosrov Ruzbeh", "Güləbətin", "Pərvizin həyatı") və romanlarla ("Gələcək gün — (1948), "Böyük dayaq" (1957), "Pərvanə") yanaşı, səhnə əsərlərini qələmə almışdır: "Həyat" (1935), "Madrid" (1937), "Məhəbbət" (1941) pyeslərindən iyirmi il fasilədən sonra "Kəndçi qızı" (1961) (əsər Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdür), "Yaxşı adam" (1963) komediyaları, böyük yazıçı və dövlət xadimi Nəriman Nərimanovun həyatı və mübarizəsindən bəhs edən "Közərən ocaqlar" (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir. U.Şekspirin "Kral Lir", "On ikinci gecə, yaxud hər nə istəsəniz", A. N. Ostrovskinin "Quduz pullar", "Müdrik olan hər kəsə kifayətdir sadəlik", A. P.Çexovun "Üç bacı", A. Satramovun "Kişilərə inanmayın", Molyerin "Don Juan" pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir.

O, milli filoloji elmi kadrların hazırlanması sahəsində böyük işlər görmüşdür. 20 avqust 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanunu qəbul etməsi bu yüksək dövlət təşkilatının rəhbəri Mirzə İbrahimovun böyük səyləri nəticəsində mümkün olmuşdu. Onun sayəsində Azərbaycan SSR-də fəaliyyət göstərən rus, erməni və gürcü dilli məktəblərdə Azərbaycan dilinin tədrisi qanunlarda rəsmiləşdirildi. Həmçinin onun "Azərbaycan dili dövlət idarələrində" adlı məqaləsində (1956) milli məsələ ilə bağlı tale yüklü problemlər ön mövqeyə çəkilmişdir.

Sovet Həmkarlar İttifaqı Heyətinin tərkibində İranda səfərdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı Idarə Heyətinin Sədri (1948–1954), birinci katibi (1965–1976), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965–1976), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1947–1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954–1958) vəzifələrində işləmiş, Azərbaycan KP XIV-XXVIII qurultaylarında MK üzvü seçilmişdir. Ümumdünya parlamentlərarası ittifaqın konqresi (Helsinki, 1955; Banqkok, 1956), Ümumdünya sülh tərəfdarları konqresi (Stokholm, 1958) və s. beynəlxalq məclislərin iştirakçısı olmuşdur. O, Sov. İKP XX–XXI və XXIII–XXIV qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı seçilmişdir. 1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika (Nyu-York), İngiltərə (London), Fransa (Paris), Portuqaliya (Lissabon), Misir (Qahirə, İskəndəriyyə), Kipr (Nikoziya), Suriya (Dəməşq), Zambiya (Lusaka) ölkələrində səfərdə olmuş, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı olmuşdur. Onun başçılığı ilə komitə möhkəm sülh uğrunda mübarizə məqsədi ilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə tədbirlər keçirmişdir. BMT-nin apartheyd əleyhinə mübarizə komitəsinin iclasında (Nyu York, 1978) çıxış etmişdir.

Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmiş, üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin yaranmasında ciddi əməyi olmuşdur (1946–1954). Sonralar institutda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinə başçılıq etmiş (1960–1970), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946–1954) və SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1965–1975) olmuşdur. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir (1991). O çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixinin redaksiya heyətinin üzvü olmuşdur. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir. 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur. Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri olmuşdur.

1993-cü ilin 17 dekabr tarixində Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Mükafatları

Sosialist Əməyi Qəhrəmanı — 14 oktyabr 1981 "Azərbaycan SSR xalq yazıçısı" fəxri adı — 9 oktyabr 1961 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 17 iyun 1943 "Stalin" mükafatı (2-ci dərəcə) — 14 mart 1951 ("Gələcək gün" (1948) romanına görə) Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı — 28 aprel 1965 ("Kəndçi qızı" komediyası üçün) "Lenin" ordeni — 25 fevral 1946; 28 oktyabr 1967; 14 oktyabr 1981 "Oktyabr İnqilabı" ordeni — 21 oktyabr 1971 "Qırmızı Əmək Bayrağı" ordeni — 17 aprel 1938 Beynəlxalq Nehru mükafatı — 1979

Xatirəsi 5 fevral 1996-cı ildə Azərbaycanın xalq yazıçısı, görkəmli ictimai-siyasi xadim Mirzə İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə ilə əlaqədar qərar qəbul edilmişdir.Mirzə İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1996-cı il tarixli Sərəncamı — anl.az saytı.

Əsərlərinin nəşri

Tərcümələri

Haqqında olan ədəbiyyat

Filmoqrafiya Böyük dayaq (film, 1962)Nadir Bədəlov. "Bizim kino". Həbib İsmayılovun "Böyük dayaq" filmi haqqında. 20.02.2016

Xarici keçidlər http://www.kultur.gov.tr/TR/Tempdosyalar/109865__mirzeibrahimov.pdf http://telebexeber.azeriblog.com/2009/05/16/mirze-ibrahimov

İstinadlar

Mənbə

Xarici keçidlər

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinləri Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Beynəlxalq Nehru mükafatı laureatları Kateqoriya:Azərbaycan romançıları Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədrləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin sədrləri Kateqoriya:Azərbaycan SSR xalq maarifi komissarları Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorları Kateqoriya:XX əsr Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XX qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin Mərkəzi Təftiş Komissiyasının üzvləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin I çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin XI çağırış deputatları Kateqoriya:İran azərbaycanlısı yazıçılar Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin Azərbaycan SSR-dən olan deputatları Kateqoriya:AMEA Ədəbiyyat İnstitutunun direktorları