Məhəmməd Dib () — Əlcəzairin görkəmli yazıçılarından biri
1920-ci ildə Əlcəzairin Tlemsen şəhərində anadan olub.
Yazıçılıq fəaliyyətinə başlamazdan əvvəl müəllimlik edib, daha sonra isə jurnalist işləyib. Dib hələ gənc ikən Əlcəzair, İsveçrə və Fransa qəzetlərində yazılar çap etdirirdi. Fransanın həftəlis "Letr fransez" qəzeti də onun bir neçə şeir və novellasını çap etmişdi. 1952-ci ildən başlayaraq Məhəmməd Dib "Əlcəzair" adı altında bir silsilə roman çap etdirib. Bu romanlardan biri ("Böyük ev") 1953-cü ildə Fransada Feneon mükafatına layiq görülüb.
Mənbə Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 85–86.
İstinadlar
Kateqoriya:Əlcəzair yazıçıları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Los-Anceles Kaliforniya Universitetinin müəllimləri Kateqoriya:Paris Universitetinin müəllimləri Kateqoriya:Fransız şairlər Kateqoriya:XX əsrin romançıları