Qırmızı Bazar — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində qəsəbə, Qırmızı Bazar qəsəbə inzibati ərazidairəsinin mərkəzi.
1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qırmızı Bazar qəsəbəsi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qırmızı Bazar qəsəbəsi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Toponimikası Ərazi keçmişdə bazar yeri olmuşdur. Yerli məlumata əsasən, 1924-cü ildə ilk dəfə burada 1 May Həmrəylik günü keçirilmiş və həmin vaxtdan da bu yer Qırmızı Bazar adlanmışdır. Tədricən Mavaş, Sıxtoraşen (indiki Şıx Dursun), Bilbilək, Şixer və Tağaverd kəndlərindən köçüb gələnlər məskunlaşdıqdan sonra isə daimi yaşayış məntəqəsinə çevrilmişdir.
Coğrafiyası və iqlimi Qəsəbə rayon mərkəzindən — Xocavənd şəhərindən 35 km cənub-qərbdə, Füzuli—Xankəndi yolu kənarında, Köndələnçayın (Arazın qolu) sol sahilində, dağarası çökəklikdə yerləşir.
Tarixi
Qırmızı Bazar 1947-ci ildə şəhər tipli qəsəbə statusu alıb.
Azərbaycan SSR-nin həm 1968-ci il üçün, həm 1977-ci il üçün tərtib edilmiş inzibati ərazi bölgüsünə əsasən, Qırmızı Bazar şəhər tipli qəsəbə Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun Qırmızı Bazar qəsəbə Sovetinin mərkəzi idi.
Qarabağda separatçılıq baş qaldırandan sonra, Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi qərara alınmışdı. Qanuna görə Martuni rayonunun Xocavənd rayonu adlandırılması da qərara alınmışdı.
Birinci Qarabağ müharibəsi nəticəsində, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə Qırmızı Bazar işğal edilmiş, erməni separatçı qüvvələrinin nəzarəti altına düşmüşdü. Bundan qabaq, Azərbaycan ordusunun 1992-ci il iyunun 28-də Qırmızı Bazar istiqamətində keçirdiyi genişmiqyaslı əməliyyat uğursuzluqla nəticələnmişdi. Birinci Qarabağ müharibəsində kəndin 40 nəfər erməni sakini öldürülüb. İşğal vaxtı qondarma separatçı rejim tərəfindən Qırmızı Bazar qəsəbəsi Karmir Şuka adlandırılırdı
27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdı. Azərbaycan Silahlı Qüvvələri Qırmızı Bazarın bir kilometrliyinə qədər irəliləmişdi. Müharibənin nəticələri əsasında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Qırmızı Bazar qəsəbəsi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdi. “Kavkazski Uzel”də verilmiş məlumata əsasən, müharibə nəticəsində Qırmızı Bazara ziyan dəymişdi. Müharibədən sonra 2021-ci ildə orada təxminən 800 nəfər əhali yaşayırdı.
19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qırmızı Bazar qəsəbəsi Azərbaycanın nəzarətinə qaytarılmışdı.
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX Milli tərkibi Siyahıyaalınma ili <center>1959 <center>1970 <center>1979style="background: bgcolor="#DEB887" | <center>2008style="background: bgcolor="#DEB887" | <center>2009style="background: bgcolor="#DEB887" | <center>2010Ermənilər673(98,7 %)1 075(99,4 %)1 093(99,2 %)977(100 %)979(100 %)1 010(100 %)Azərbaycanlılar5(0,7 %)3(0,3 %)3(0,3 %)0(0 %)0(0 %)0(0 %)Ruslar3(0,4 %)1(0,1 %)4(0,4 %)0(0 %)0(0 %)0(0 %)Digərləri1(0,1 %)2(0,2 %)2(0,2 %)0(0 %)0(0 %)0(0 %)Cəmi682 (100 %)1 081 (100 %)1 102 (100 %)977 (100 %)979 (100 %)style="background: bgcolor="#DEB887" |1 010 (100 %)'''
İqtisadiyyatı 1930-cu illərdə qəsəbəyə daxili su təchizatı şəbəkəsi çəkilib. Sovet dövründə burada şərab və yağ–pendir zavodu fəaliyyət göstərib. Qəsəbədəki şərab zavodu 2000-ci ildə fəaliyyətini bərpa edib. 2016-cı ildə ümumerməni "Hayastan" Fondunun vəsaiti hesabına burada bələdiyyə mərkəzi tikilib.
Mədəniyyəti Sovet vaxtı qəsəbədə klub, kitabxana, kinoteatr və ATS fəaliyyət göstərib.
Təhsil Qəsəbədə məktəb və uşaq bağçası mövcuddur.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Sovet vaxtı qəsəbədə xəstəxana mövcud olub.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Xocavənd rayonunun qəsəbələri Kateqoriya:Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsindəki yaşayış məntəqələri