Şortəpə nekropolu — Şərur rayonunun ərazisində arxeoloji abidə.
Şortəpə nekropolu İbadulla kəndindən şərqdə eyniadlı yaşayış yerinin yaxınlığındadır. 1934-cü ildə bu ərazidə kanal qazılarkən nekropol dağıdılmış, buradan xeyli monoxrom boyalı qablar aşkar edilmişdir.
Tunc dövrünün abidəsidir. O İbadulla kəndindən şərqdə eyniadlı yaşayış yerinin yaxınlığındadır. Nekropolun sahəsi hazırda əkin sahəsinə çevrilmişdir. Yerüstü əlamətlərini itirdiyindən sahəsini dəqiqləşdirmək çətindir. Nekropol 1934-cü ildə kanal qazılarkən dağılmış və zəngin maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. Aşkar edilmiş materialların bir qismi hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Tarix Muzeyində saxlanılır. Aşkar edilmiş tapıntılar küpə, çölmək, kasa, çaynik tipli qablardan ibarətdir. Onlar narın qum qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə keyfiyyətli bişirilmişdir. Qabların bir qrupu qırmızı rəng üzərindən qara rənglə, həndəsi motivdə naxışlanmışdır. Polixrom boyalı qablar bir küpə ilə təmsil olunmuşdur. Onun ağzının kənarı bir qədər yanlara doğru genişlənərək ucda dəyirmiləşdirilmişdir. Boğazı silindrik, gövdəsi qabarıq, oturacağı yastıdır. Gövdəsinin mərkəzi hissəsi sarı anqobla örtülərək qara və qırmızı rəngdə çəkilmiş bir-birinin içərisində olan üçbucaqlarla naxışlanmışdır. İçəridəki üçbucaqlar qırmızı rənglə çəkilmiş torla doldurulmuşdur. Naxışlar aşağıdan və yuxarıdan qara rənglə çəkilmiş düz xətlərlə məhdudlaşdırılmışdır. Aparılmış tədqiqatlara əsasən belə hesab etmək olar ki, nekropol e.ə. III–II minilliklərə aiddir.
Aşkarlanmış maddi-mədəniyyət nümunələri Başlıca olaraq küpə, çölmək və kasa tipli qablardan ibarət olan arxeoloji materiallar hazırda Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır. Aşkar edilmiş tapıntılar küpə, çölmək, kasa, çaynik tipli qablardan ibarətdir. Onlar narın qum qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə, keyfiyyətli bişirilmişdir. Qabların bir qrupu qırmızı rəng üzərindən qara rənglə, həndəsi motivdə naxışlanmışdır.
Polixrom boyalı qablar bir küpə ilə təmsil olunmuşdur. Onun ağzının kənarı bir qədər yanlara doğru genişlənərək ucda dəyirmiləşdirilmişdir. Boğazı silindirik, gövdəsi qabarıq, oturacağı yastıdır. Gövdəsinin mərkəzi hissəsi sarı anqobla örtülərək qara və qırmızı rəngdə çəkilmiş bir-birinin içərisində olan üçbucaqlarla naxışlanmışdır. İçəridəki üçbucaqlar qırmızı rənglə çəkilmiş torla doldurulmuşdur. Naxışlar aşağıdan və yuxarıdan qara rənglə çəkilmiş düz xətlərlə məhdudlaşdırılmışdır.
Qəbirlərin forması və dəfnlər haqqında heç bir məlumat qalmamışdır.
Tarixi dövrləşdirilməsi Osman Həbibullayev nekropolun materialını e.ə. XVII–XV əsrlərə aid edir. Şortəpə nekropolundan tapılmış monoxrom boyalı qabları II Kültəpənin, Şahtaxtının, Nəhəcirin eyni dövr qabları ilə müqayisəli şəkildə e.ə. III–II minilliklərə aid edirik.
Mənbə Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007 Abbas Seyidov, Vəli Baxşəliyev. Şortəpə. Bakı: "Təhsil+" Q. R, 2013 Abbas Seyidov. Naxçıvan e.ə. VII–II minilliklərdə. Bakı: Elm, 2003 Vəli Baxşəliyev. Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008
Həmçinin bax
Kateqoriya:Şərur rayonunun nekropolları