() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional IUCN Status-VU D2.
Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Soğanağı yumurtvari, 1 sm enində, 2 sm uzunluğundadır. Gövdənin hündürlüyü 12–20 (26) sm-dir. Yarpaqları 2–4 (6) ədəd, enli, xətvari 5–12 (15) mm enində, ucu sivri, gövdədən uzundur. Çiçəkləri 2–4 (6) ədəd, sıx ovaldır. Çiçəkatlığı lansetvari və ya yumurtavari, uzunsov, arxa tərəfində açıq –yaşıl rəngdə enli zolağı var, kənarları parlaqdır. Çiçəkləri topa şəklində yerləşir. Erkəkcik sapı ensiz, çiçəkyanlığının ortasına çatır. Sütuncuq yumurtalıqdan qısadır. Qutucuq qanadsız, bərabər qabırğalıdır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvə əmələgəlmə dövrü may-iyun aylarına təsadüf edir. Kserofit, duzadavamlı soğanaqla çoxalır. Orta dağ qurşağında, meşələrdə müxtəlifotlu qruplaşmalar əmələ gətirir.
Sayı və tendensiyası Populyasiyalarının sayı azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Hazırda populyasiyanın sabitliyinə baxmayaraq əhali tərəfindən yığılması və biçilməsi təhlükə yarada bilər.
Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.
Azərbaycanda yayılması Məhdud areallı endemik Hirkan növüdür. Lənkəranın dağlıq hissəsində, Lerik rayonunun Orand və Şinabad kəndləri arasında yayılmışdır. Orta dağlıq qurşaqdakı meşələrdə də tək-tək rast gəlinir.
Çoxalması Toxumla və vegetativ yolla çoxallır.
Ehtiyatının dəyişilmə səbəbləri Antropogen amillər.
Becərilməsi Lerikdə tək-tək bağlarda becərilir.
Qəbul edilmiş qorunma tədbirləri Xüsusi mühafizə üsulları hazırlanmamışdır.
İstinadlar
Həmçinin bax