Əmirvarlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sarıcallı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Şükürbəyli kənd Sovetindən Əmirvarlı kəndi Sarıcallı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası Yaşayış məntəqəsinin keçmiş adı Hüseynbəyli olmuşdur. Kənd əmirvarlı nəslinin məskunlaşması nəticəsində yaranmışdır.
Əhalisi
Tanınmış şəxsləri Novruz Quliyev — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini.
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, ipəkçilik və üzümçülük təşkil edib.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Cəbrayıl rayonunun kəndləri