Süveyş kanalı () — Misirdə, Süveyş bərzəxi vasitəsilə Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayan və Asiyanı Afrikadan ayıran süni su kanalı. 1858-ci ildə Ferdinand de Lesseps tərəfindən qurulan Suez Canal Company tərəfindən 1859-1869-cu illər arasında inşa edilmişdir. Kanalın açılışı 17 noyabr 1869-cu ildə olmuşdur. Uzunluğu 193,30 km (120,11 mil) olan kanal Avropa ilə Asiya arasında əsas ticarət yoludur.

Həmçinin bax Süveyş kanalı üzərində elektrik xətti

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Süveyş kanalı Kateqoriya:Misir coğrafiyası Kateqoriya:1869-cu ildə yarananlar Kateqoriya:Dəniz hüququ