İsaqlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Hovuslu kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası Düzənlikdədir. Yaşayış məntəqəsi Ermənistanın Dastakert kəndinin zəlzələ nəticəsində dağılmasından sonra (1931-ci il) əhalinin köçüb gəlməsi nəticəsində yaranmışdır. Kənd XIX əsrdə Zəngəzur qəzasında yaşayan xocaisaqlı tayfasına mənsub olan İsaqlı qışlağında salındığı üçün qışlağın adı ilə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi Şəxsiyyətləri Nəsir Hüseynov - "Daxili Qoşunlar" Polkovniki. Qorxmaz Hüseynov - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri (2011-2021). Zaur Hüseynov - "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax Cəbrayıl rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəbrayıl rayonunun kəndləri