Moskva Metropoliteni — Rusiyanın Moskva şəhəri və Moskva vilayətində nəqliyyat vasitəsi

Tarixi

15 may 1935-ci ildən fəaliyyətdədir. Moskva metropolitenində 268 stansiya vardır.

Xətləri NömrəsiXəttin adıİlk açılışıƏn son genişlənməUzunluğu (km)Stansiya sayıOrta məs.1Sokolniçeskaya19352024-09-0543,4271,612Zamoskvoretskaya1938-09201842,8241,863Arbatsko-Pokrovskaya1938-03201245,1222,154Filyovskaya200614,9131,245Koltsevaya (Dairəvi)1950195419,3121,616Kalujsko-Rijskaya1958199037,8241,637Taqansko-Krasnopresnenskaya19662015-0842,2231,928Kalininskaya1979201216,382,368ASolntsevskaya20142023-0128,3142,029Serpuxovsko-Timiryazevskaya1983200241,5251,7210Lüblinsko-Dmitrovskaya1995202344,3261,7711Bolyaşa Koltsevaya (Böyük Dairəvi)2018202357,5291,9812Butovskaya20032014-0210,071,6715Nekrasovskaya2019202014,081,7516Troitskaya2024-09-062024-09-0614,372,05Cəmi464,612691,88Moskva metrosu ilə inteqrasiya olunmuş digər nəqliyyat sistemləri13Monorels200420044,760,9414Moskva Mərkəzi Xətti2016201654,0311,74

Baş vermiş terror aktları və qəzalar

Terror aktları

Moskva metrosunda ilk silahlı terror aksiyalarını ermənilər həyata keçirib.

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin uzun illər açıqlanmamış arxivindən əldə edilmiş məlumatlara görə, 1977-ci il yanvarın 8-də Stepan Zatikyan adlı erməninin İrəvandan idarə etdiyi millətçi qrup Dağlıq Qarabağ və Naxçıvanın Ermənistanın tərkibinə verilməsi iddiası ilə Moskva Metropoliteninin İzmaylovskaya və Pervomayskaya stansiyaları arasında partlayış törədib. Terror aksiyasında ölənlər barədə o vaxt ictimaiyyətə məlumatlar açıqlanmasa da, qəzetin yazdığına görə, hadisə nəticəsində 7 nəfər ölüb, 37 nəfər isə yaralanıb. Ölənlər arasında uşaqlar da olub.

DTK-nın keçirdiyi əməliyyat tədbirləri nəticəsində terroru törətmiş Stepan Zatikkyan, Akop Stepanyan və Zaven Baqdasaryan adlı şəxslər yaxalanaraq edam olunub. İrəvan Texniki Universitetinin tələbəsi olan bu şəxslərin Ermənistan Beynəlxalq Birlik Partiyası adlı təşkilat yaratdıqları, "Paros" adlı qəzet nəşr etdirdikləri bəlli olub.

Qəzalar 2014-cü il iyulun 15-də Moskva metrosunda qatarın bir neçə vaqonunun relsdən çıxması nəticəsində qəza baş verib. Qəza nəticəsində 22 nəfər ölüb, 160 nəfər xəsarət alıb.

Həmçinin bax Arbatsko-Pokrovskaya xətti

İstinadlar

Mənbə Moskva metrosunda ilk partlayışı ermənilər törədib!

Kateqoriya:"Lenin" ordeni ilə təltif edilən təşkilatlar Kateqoriya:"Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilən təşkilatlar Kateqoriya:Moskva tikililəri Kateqoriya:Moskva şirkətləri Kateqoriya:Rusiyada tunellər Kateqoriya:1935-ci ildə nəqliyyat Kateqoriya:Vladimir İliç Leninin şərəfinə adlandırılmış obyektlər