Qazaxlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Qazaxlar kəndi Gəncə-Qazax düzənliyindədir. XVIII əsrdə Qazax mahalından köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Bu adlarda qazax etnonimi əks edilmişdir. Kəndlarin əsasını həmin dövrdə Qarabağa gəlmiş qazaxlar qoyduğu üçün yaşayış məntəqələri belə adlanmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 374 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti

Kateqoriya:Goranboy rayonunun kəndləri