Xoylu — Azərbaycan Respublikasının Goranboy rayonunun Xoylu kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Xoylu kəndinin tarixi cox qədimlərə gedib çixir. Xoylu kəndi 3-cu 5-ci əsirlərdə yaranmış və indiki dövrə kimi öz caamati ile fərqlənmişdir. XVIII əsrin ortalarında bu kənd Gəncə xanlığına daxil olmuş ona xidmət ve sədaqətini göstərmişdir.
7 fevral 1991-ci ildə Nizami kəndi Xoylu kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Nizami kənd Soveti yaradılmışdır.
Toponimikası Xoylu kənd yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Rusiya tabelliyini qəbul etmiş Xoy əyalətinin hakimi Cəfərqulu xanla birlikdə Cənubi Azərbaycandan gələnlər salmışlar. Oykonim "Xoy Ģəhərindən gələnlər", "xoylular" mənasındadır. 1998- ci ildə kəndin adı dəyişdirilmiş, şirvanlı kimi rəsmiləşdirilmişdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2105 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Goranboy rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Kateqoriya:Goranboy rayonunun kəndləri