Kürəkçay — Azərbaycan Respublikasının Goranboy rayonunun Qazançı kənd inzibati ərazi dairəsində qəsəbə. 10 oktyabr 2006-cı il tarixli 151-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Kürəkçay qəsəbəsi Goranlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qazançı kəndi mərkəz olmaqla, Qazançı kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Qəsəbə Kürəkçay dəmir yolu stansiyası yanında salınmışdır. Dəmir yolu stansiyası 1908-ci ildə tikilmiş, yaxınlıqdan axan Kürəkçayın adı ilə adlandırılmışdır. Yaşayış məntəqəsinin adı da çayın adındandır.

Coğrafiyası və iqlimi Qəsəbə düzənlikdə yerləşir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Goranboy rayonunun qəsəbələri