Cazibə qüvvəsi — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş bədii film.
Məzmun Dağ meşəsindən keçərkən... Kinonovellada hünərin dildə deyil, əməldə aşkar olduğundan bəhs edilir. Atalar demişkən: "Ağ üzlə qara üz çətin məqamda aydın olar".
Zirvə Kinonovellada bir qrup alpinistin Qarlı dağa çıxmasından, bu zaman onların çətin sınaq qarşısında özlərini necə aparmalarından danışılır.
Cazibə qüvvəsi Kinonovellada Gülbəniz adlı (Rəna Səlimova) bir qızın kənddən şəhərə gəlib spartakiadada iştirak etməsindən və yarışlarda qalib çıxmasından söhbət gedir.
Film haqqında Kinoalmanax Kinoalmanax 3 novelladan ibarətdir: "Dağ meşəsindən keçərkən...", "Zirvə", "Cazibə qüvvəsi". Film Azərbaycan kinosunda ilk kinoalmanaxdır.
Dağ meşəsindən keçərkən... Film operator Rasim İsmayılovun kinoda ilk işidir.
Festivallar və mükafatlar Cazibə qüvvəsi 1)1966-cı ildə Moskvada idman filmlərinin I Ümumittifaq kinofestivalı İdman mövzusunun poetik təcəssümünə görə filmə diplom verilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Kinoalmanax Məcmuənin bədii rəhbəri: Həsən Seyidbəyli Redaktor: Nataliya Şneyer
Dağ meşəsindən keçərkən... Ssenari müəllifi: Ənvər Məmmədxanlı Quruluşçu rejissor: Zeynəb Kazımova Quruluşçu operator: Rasim İsmayılov Bəstəkar: Emin Sabitoğlu Səs operatoru: Əziz Şeyxov Rejissor assistenti: Ə.Məlikov Operator assistenti: Elxan Əliyev Rəssam assistenti: Fikrət Əsgərov Montaj üzrə assistent: A.Filimonova Filmin direktoru: Novruz Axundov
Zirvə Ssenari müəllifi: İmran Qasımov Quruluşçu rejissor: Arif Babayev Quruluşçu operator: Əlihüseyn Hüseynov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Əziz Şeyxov Operator assistenti: Sərdar Vəliyev (S.Vəliyev kimi) (mövqe göstərilməyib) Assistent: Ə.Əhmədov, Sərdar Vəliyev (S.Vəliyev kimi), S.Brjestovski, T.Ryabova Filmin direktoru: İ.Rzayev
Cazibə qüvvəsi Ssenari müəllifi: Həsən Seyidbəyli Quruluşçu rejissor: Həsən Seyidbəyli Quruluşçu operator: Rasim Ocaqov Rejissor: Rasim Ocaqov Quruluşçu rəssam: Cəbrayıl Əzimov Bəstəkar: Vasif Adıgözəlov Səs operatoru: Vladimir Savin Rejissor assistenti: Əli Məmmədov Operator assistenti: Maqsud Əliyev, K.Manafov Montaj üzrə assistent: Nelli Mahmudova Qrim rəssamı: T.Cəfərov Dirijor: Niyazi
Rollarda Dağ meşəsindən keçərkən... Tamilla Qafarova (T.Qafarova kimi) — Şəfiqə Elxan Qasımov — Seyfi Hamlet Qurbanov — Rizvan A.Məmmədov — Oruc kişi Z.Həmidova — geoloq Tariyel Qasımov — geoloq E.Akopov M.Nağıyev — geoloq Rauf Qəniyev — geoloq
Zirvə Həsən Məmmədov — Kamil Tamilla Rüstəmova — Sevda B.Levkoviç — Saşa Mirzəbala Məlikov — Tofiq Yusif Vəliyev — Fəraməz İsmayıl Əfəndiyev — Qurbanov
Cazibə qüvvəsi Rəna Səlimova — Gülbəniz Xəyal Axundzadə — Teymur Tələt Rəhmanov — Bəşirzadə Məlik Dadaşov — Məmmədov Cabbar Əliyev — Abuzər Leyla Şıxlinskaya — Nərgiz Ceyhun Mirzəyev — Səməndər Amaliya Pənahova — idmançı Həsən Seyidbəyli — sədr
Filmi səsləndirənlər Dağ meşəsindən keçərkən... Əminə Yusifqızı — Şəfiqə (Tamilla Qafarova) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Seyfi (Elxan Qasımov) (titrlərdə yoxdur) Həsənağa Salayev — Oruc kişi (A.Məmmədov) (titrlərdə yoxdur)
Zirvə Bahadur Əliyev — Tofiq (Mirzəbala Məlikov) (titrlərdə yoxdur) Həsənağa Turabov — Saşa (B.Levkoviç) (titrlərdə yoxdur) Kamil Qubuşov — Fəraməz (Yusif Vəliyev) (titrlərdə yoxdur)
Cazibə qüvvəsi Həsənağa Turabov — Teymur (Xəyal Axundzadə) (titrlərdə yoxdur) Bahadur Əliyev — idmançı Əminə Yusifqızı — Gülbəniz (Rəna Səlimova) (titrlərdə yoxdur)
Mənbə Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 154; 383. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 142-143; 157; 236.
Xarici keçidlər Filmi izlə
Həmçinin bax
Kateqoriya:1964-cü ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:1964-cü ilin SSRİ filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Həsən Seyidbəylinin filmləri Kateqoriya:Arif Babayevin filmləri