Aslanovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

Soyun yaranması Soyun ulu babası olan Qıvlıyalı bəyin ikinci oğlu Aslanəli bəy Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Əhməd xan Ibrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirin mirzəsi idi. Mirzə Aslanəli bəyin törəmələri Aslanov soyadını daşıyırlar. Mirzə Aslanəli bəyin Mehdiqulu bəy, Abbasqulu bəy, Əliqulu bəy, Şıxəli bəy adlı oğulları vardı.

Soyun məşhur nümayəndələri Zəkəriyyə bəy Aslanov — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq. Əmir bəy Aslanov, (1894-1942) — həkim, tibb elmləri namizədi. Teymur bəy Aslanov — mühəndis. Mina xanım Aslanova — Azərbaycan SSR-nın əməkdar müəlliməsi (1958), Zəkəriyyə bəy Aslanovun qızı.

Qalereya

Mənbə ''' Ənvər Çingizoğlu, Aslanovlar, “Soy” dərgisi, 10 (30), 2009. səh.32-39.

Həmçinin bax

Qarabağ Şuşa

Xarici keçidlər