Lüləkəran — Azərbaycan Respublikasının Lerik rayonunun Blaband kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.

Əhalisi Əhalisi 626 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Toponimiyası Kəndin adı talış dilində Lüyəkon şəklində tələffüz edilir. Oykonim lülə (dar), talış dilindəki kə (ev) və -on (cəm şəkilçisi) komponentlərindən düzəlib, “dar evlər” mənasındadıdr. Bəzi tədqiqatçılar kəndin adını talış dilindəki luyəkon lu-yamac, kon-evlər (yamacdakı evlər) sözü ilə əlaqələndirirlər.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.

Həmçinin bax

İstinadlar

Kateqoriya:Lerik rayonunun kəndləri