Yuxarı Bilnə — Azərbaycan Respublikasının Lerik rayonunun Livədirqə kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.

Əhalisi Əhalisi 142 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Toponimiyası

Kəndin keçmiş adı "Bilnə" olmuşdur. Sonralar ondan yaranmış yeni kənd Aşağı Bilnə, həmin kənd isə Yuxarı Bilnə adlandırılmışdır.

Rayonun Aşağı Bilnə (indiki Bilnə) kəndi XIX əsrdə Bilnə (indiki Yuxarı Bilnə) kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. "Bilnə kəndinin aşağı hissəsi" deməkdir. Kənd öz adını ərazidəki Bilnəçayın adından almışdır. Türk dillərində bilan "dağ kecidi"; Azərbaycan dilinin dialektlərində bilin "tunel, dağın altından açılan yol" mənalarında işlənməkdədir. 1917-ci ildə Lənkəran qəzasında iki Bilnə və bir Bilinə kəndi qeydə alınmışdır.

"Bilnə" toponimi talış dilində "bil" (bataqlıq, sucaq yer) və "nə" topoformantının birləşməsindən yaranıb, "bataqlıqda yaşayış yeri" mənasındadır.

Həmçinin bax

İstinadlar

Kateqoriya:Lerik rayonunun kəndləri