Padar — Azərbaycan Respublikasının Ağsu rayonunun Padar kənd inzibati ərazi dairəsində kənd.

Şirvan düzündədir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı, "Şərq-Qərb", 2007. səh.427

Toponimin mənşəyinin qədim Azərbaycan ərazisində yaşayan türkdilli tayfanın adından gəldiyi güman edilir.Məhəmməd Qaraqoyunlu (Məmmədov) - Ümumi Coğrafiya, Coğrafi adların mənşəyi ,2004 Qədim adı "Baydar" dərs. Osmanlı dövlətinin özəyini təşkil edən Qayı tayfasına daxil olan qəbilələr sırasına aiddir. Səfəvilər dövründə şimaldan gələn təhlükələri dəf etmək üçün İrandakı Cənubi Azərbaycandan köçürülmüşdür. Tarixi şəxsiyyətləri içərisində Şeyx Dursun xüsusilə seçilir. Ağsu rayonunda Şeyx Dursun türbəsi, Şuşa yaxınlığında Xocavənd rayonu ərazisində Şıx Dursun kəndi mövcuddur.

İstinadlar

Kateqoriya:Ağsu rayonunun kəndləri