Xalxal — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Alagözməzrə kənd inzibati-ərazi vahidinin Xalxal kəndi Vayxır kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir.

Toponimikası Cənubi Azərbaycanda Xalxal şəhəri, Xalxal məhəllə, Xalxal Kuçek yaşayış məntəqələri mövcuddur. XIX əsrdə İrəvan quberniyasında Xalxallı adlı iki dağ, Gürcüstan ərazisində Xalxal dağı qeydə alınmışdır. Tədqiqatçılar bu toponimi Azərbaycan dialektlərində "açıq hava şəraitində mal-qara saxlamaq üçün ətrafı hasarlanmış yer, ağıl" mənasında işlənən xalxal sözü ilə bağlayırlar.

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Naxçıvançayın sahilində, Zəngəzur silsiləsinin ətəyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19995312722592009↗626↗317↗309

İqtisadiyyatı

Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil Kənddə Xalxal kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Babək rayonunun kəndləri Kateqoriya:Vayxır (Babək) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri