Ərəbşalbaş (əvvəlki adı: Ərəbcəbirli) — Azərbaycan Respublikasının Qobustan rayonunun Ərəbşalbaş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qobustan rayonunun Ərəbşalbaş kəndi Leninabad kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ərəbşalbaş kənd Soveti yaradılmışdır.
Tarixi Kənd 1853-cü ildə yaradılmışdır.
Toponimikası Kəndin keçmiş adı Ərəbcəbirli olmuşdur. 1853-cü ildə 50 ailədən ibarət olmuş ərəbcəbirli tayfası Şalbaş adlı xəzinə torpağında məskunlaşdığına görə belə adlandırılmışdır.
Coğrafiyası və iqlimi Kənd Baş Qafqaz silsiləsinin ətəyində, Sündü yaylasında yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 4195 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Din Kənddə "Hacı Gülmalı" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR — 2011-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qobustan Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Qobustan rayonunun kəndləri