Aytala — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düzyurd kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Şəmkir çayının sol sahilində, Şahdağ silsiləsinin ətəyindədir. Bəzi mənbələrdə Aytala şəklində qeydə alınmışdar. Kənd 1935-ci ildə r-nun Musayal kəndinin ərazisi əlverişsiz olduğu üçün xeyli ailənin Ayıtalası adlı yerə köçməsi nəticəsində yaranmışdır. 1970-ci ildən kəndin adı əhali arasında və yerli rəsmi sənədlərdə Talakənd şəklində işlənir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 336 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Gədəbəy rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Gədəbəy rayonunun kəndləri