Gürdəsər (əvvəlki adı: Kürdəsər) — Azərbaycan Respublikasının Lerik rayonunun Əliabad kənd inzibati ərazi dairəsində kənd. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lerik rayonunun Nüvədi kənd inzibati ərazi vahidinin Kürdəser kəndi Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Əliabad kənd inzibati ərazi dairəsi tərkibindəki Kürdəsər kəndi Gürdəsər kəndi adlandırılmışdır.Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 29 mart 2005-ci il tarixli 871-IIQ saylı Qanunu — e-qanun.az saytı

Toponimikası Talış dilində "Qurdəsə" adlanır. Toponimi talış dilindəki "Qur" guruldamaq, "də" dərə, "sə" baş, Guruldayan dərənin başı mənasında işlənib.

Gürdəsər adının digər adı "Qurə" di sə, yəni Qurə di gür kənd, sə baş deməkdir. Bu məna da da təxmin edilir.

Əhalisi Əhali tərkibi əsasən talışlardan ibarətdir.

Əhalisi 857 nəfərdir.

Tanınmış şəxsləri Məmmədhüseyn Əliyev (1925–1994) — Yazıçı. Fazil Ağayev (1944–) — Professor.

Din Kənddə Gürdəsər kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR — 2012-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Həmçinin bax

Kateqoriya:Lerik rayonunun kəndləri