Osyodərə — Azərbaycan Respublikasının Lerik rayonunun Osyodərə kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.

Əhalisi Əhalisi 177 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Toponimiyası Kəndin adı yerli əhali tərəfindən Osyodə kimi tələffüz edilir. Tədqiqatçıların bir qismi bu oykonimi “dəyirman dərəsi”, digər qismi isə “çökək dərə” kimi izah edirlər.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.

Tarixi 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Osyedərə kənd inzibati ərazi dairəsi tərkibindəki Osyedərə kəndi Osyodərə kəndi adlandırılsın, Osyedərə kənd inzibati ərazi dairəsi Osyodərə kənd inzibati ərazi dairəsi adlandırılmışdır.Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 29 mart 2005-ci il tarixli 871-IIQ saylı Qanunu — e-qanun.az saytı

İstinadlar

Kateqoriya:Lerik rayonunun kəndləri