Çuxanlı — Azərbaycan Respublikasının Salyan rayonunun Çuxanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kürçayının sahilində, Cənub–Şərqi Şirvan düzündədir. Keçmış adı Süleymankənd olmuşdur. 1872-ci ildə baş vermış zəlzələ nəticəsində Şamaxı qəzasının Çuxanlı kəndindən köçmüş ailələr burada məskunlaşmışdılar. Bu vaxta qədər kəndin ərazisi Şirvanın dağlıq zonasında yaşayan çuxanlı tayfasının qışlağı olmuşdur."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Foto məlumatlar Çuxanlı kəndi 2012
Əhalisi Azərbaycanlı tərəkəmələrindən (türkmənlərindən) ibarətdir. 1066-cı ildən etibarən Şirvana gəlmiş oğuzların törəmələridir. 24 oğuz tayfasının hansına mənsub olmaları tam araşdırılmayıb. İkinci dünya müharibəsinə qədər köç həyatı sürmüşlər. Bu səbəbdəndir ki, kənd əhalisi eyni adlı 2 kənddə məskunlaşıb. Salyan Çuxanlısında Qışlaqda qalan Çuxanlılar, Qobustan Çuxanlısında isə yazlaqda qalan çuxanlılar məskunlaşıblar. Müsəlmandırlar. Məşhur Şirvan aşığı Aşıq Bəylər, Azərbaycan ordusunun bir neçə generalı və yüksək rütbəli zabiti bu tayfadan çıxıb.
Tanınmışları Aşıq Bəylər Qədirov (tam adı:Qədirov Bəylər Hacı Rəşid oğlu) (1914–1991) — Azərbaycan aşığı, aşıq sənətinin "Bülbülü" kimi tanınmış, Şirvan aşıq məktəbinin inkişafında özünəməxsus xidmətləri olmuşdur.
Din Kənddə "Hacı Cəbrayıl" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Kateqoriya:Salyan rayonunun kəndləri