Ballıcalı — Azərbaycan Respublikasının Neftçala rayonunun Boyat kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Salyan düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə İorsulu kəndindən çıxmış ailələrin Ballıcalı adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Ərazinin adı isə burada ballıca otunun bitməsi ilə bağlıdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
İstinadlar
Kateqoriya:Neftçala rayonunun kəndləri